Modern.az

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Aktual

19 Mart 2019, 17:48

2019-cu ilin 7-8 mart tarixlərində Rumıniyanın Buxarest şəhərində Avropa İttifaqının Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) və Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) üzrə 14-cü Parlamentlərarası konfrans keçirilib.

 

Modern.az-ın məlumatına görə, milli parlamentlərin müvafiq komitələrinin, eləcə də Avropa Parlamenti və Avropa Komissiyasının nümayəndələrinin cəlb olunduğu konfransın məqsədi xarici siyasət, təhlükəsizlik və müdafiə sahələri üzrə Aİ institutları və üzv dövlətləri arasında məlumat  və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün platforma rolunu oynamaqdır.

Sözügedən tədbir 2012-ci ildən etibarən bu formatda Aİ Şurasına sədrlik edən üzv dövlətin milli qanunverici orqanı və Avropa Parlamentinin birgə əməkdaşlığı əsasında ildə 2 dəfə təşkil olunur.

Builki konfrans zamanı Aİ-nin Şərq Tərəfdaşlığı, Qərbi Balkanlar və Qara Dəniz regionu üzrə təhlükəsizlik, kiber siyasət və digər məsələlər üzrə məlumat mübadiləsi aparılmış və tədbirə dair yekun bəyanat qəbul edilib.

 

Tədbirin ölkəmiz üçün məxsusi marağı ondan ibarətdir ki, Rumıniyanın Aİ Şurasına sədrliyi müddətində baş tutmuş hazırki konfransın yekun bəyanatında Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair Avropa İttifaqının mövqeyi əks olunub.

 

Məlum olduğu kimi, Şərq Tərəfdaşlığı dövlətlərinə münasibətdə adıçəkilən prinsiplər ardıcıl olaraq, 2016-cı il Avropa Qlobal Strategiyasında (AQS), 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığı ölkələrinin Brüssel sammitinin yekun bəyannaməsində və 2018-ci ilin noyabrında Avropa Parlamentinnin Xarici Əlaqələr Komitəsi tərəfindən illik əsasda qəbul olunan və AP-nin ən vacib sənədlərindən hesab edilən hesabatında yer almışdır. Aİ-nin Xüsusi nümayəndələrinin mandat və səlahiyyətlərinə dair bu yaxınlarda Strasburqda qəbul edilməsi gözlənilən sənəddə AQS prinsiplərinə istinad olunub.

 

Belə bir konstruktiv yanaşma onu deməyə əsas verir ki, Aİ öz tərəfdaşlarına, xüsusilə də bu ölkələrdəki münaqişələr kontekstində yekdil mövqe göstərir və belə bir  tendensiya bu mövqeyin davamlı olacağına işarə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür