Arxiv
19 mart 2019, 22:35 | AKTUAL
Bayramlaşma...

Məhsəti Şərif

Novruz bayramını çox sevirəm, çünki baharı sevirəm. Yaşıllığı, rəngli dünyanı... Bahar gələndə sanki hər kəs gülür. Çiçəklər həm ağacda, həm insanların üzündə açır. Bütün sosial qayğılara, fərqli problemlərə baxmayaraq, hamı axşam süfrə başına toplaşır. Novruz həm də  barış və hüzurdu. Azərbaycana əslində mənəvi olaraq çox da uzaq olmayan bir ölkədəyəm. Amma təəssüf ki, burda Novruz terrorun qurbanı olub. PKK insanların Novruz şənliklərinə qan qatandan sonra Türkiyədə bu mərasimlər demək olar ki, qeyd edilmir. Evlərdə isə bayram ruhu heç yoxdu. 7 ildi bu ölkədə yaşayıram və istəsəm də, o ruhu burdakı evimə gətirə bilmədim. Mənim üçün Novruz hər halda 16 yaşımda bitib. İndi deyırsiniz ki, 7 ildi Türkiyədəsən, niyə 16 yaşında. O zaman mən Novruzun terrora qurban getmiş başqa bir ölkədəki əhvalatına keçid edim.

Biz Ağdamdaydıq. Uşaqdıq və o zaman Novruz bizim üçün bol qoz-fındıq, şəkərbura-paxlava yemək, qapılara atdığımız xurcunları doldurub yemək idi. Novruz bizə axsam saat 7-dən sonra gələrdi. Məhəllənin gəncləri gedər taxta toplardı, səhərdən axşama taxta toplamaq üçün çalışardılar. Sonra məhəllənin Arif əmisi gənclərə qıymazdı, gedər hazır alıb gətirərdi, uşaqların əylənməyə vaxtı qalsın deyərdi. Amma nədənsə bir nəçə saat o dəliqanlıları əziyyətə salardı. Bəlkə Novruz həm də zəhmətkeşliyin atributudur. Sonra məhəllənin ortasına qurulardı o tonqal. Başqa məhəllələrlə yarışardıq. Kimin tonqalının alovu daha çox görsənəcək. Arzular tutardıq, tonqaldan atlanardıq. Məhəllədəki küsülü qadınlar mütləq barışardı. Tonqalın üstündən atlandıqca, analarımızın duaları heç kəsilməzdi. Gecənin bir yarısına qədər əylənərdik. Arada 1 saat səssizlik olardı. O zaman da hər kəs bilərdi yemək vaxtıdı. Atdığımız xurcunlar heç bir zaman geri boş qayıtmazdı.  Hətta anamdan bilirəm ki, şirniyatlar artıqlaması ilə bişirilərdi. Xurcunları da diqqətə alardılar. Evimiz hərbi hissəyə yaxın idi. Novruz günü bayram gəzintisinə buraxılan, rus, özbək, tacik, gürcü əsgərlərin papaqlarını məhəllənin ortasına qoyduqları yadımdadı. Qərib əsgərlərdi deyirdilər. Həm papaqları dolardı, həm əlavə sovqat hazırlardı məhəllənin anaları.  Kimsə süfrəsinə tək oturmazdı. Bir baxardıq, qapımız çalındı. Qohumlar toplaşardı. Bayram sabaha qədər davam edirdi. O zaman yaxınını itirmiş bir ailə bayram qeyd etməzdi. Heç o ailə yalnız buraxılmazdı. Bütün qonum-qonşu əvvəlcə bayram xonçası ilə hüznlü ailəni ziyarət edərdi.  

Bu xoşbəxt günləri 16 il yaşadım. Sonra bayramlarda artıq daha diqqətli olurduq. Müharibə başladı, yavaş-yavaş tonqallar kiçildi. Düşmən tonqalımızı söndürüb, bayramımızı qara etməsin deyə. Ağdamda son Novruzumuz idi.  Çox kiçik bir tonqal qaladıq. Qorxa-qorxa ətrafına toplaşdıq. O gülüş və şənlik yox idi. Analarımızın bizim üçün dua əlləri artıq Qarabağ üçün açılmışdı. Allahım düşmana fürsət vermə, bizi torpağımızdan ayırma.... Bu duamız qəbul olunmadı. Sonra saf-saf düşünmüşdüm, bəlkə tonalımız kiçik idi, işığı az oldu deyə Allah bizi görmədi. Hər zaman duamızı eşidırdi axı...

Son Novruzdan sonrakı artıq köçkünlük dövrü idi. Yataqxanadaydıq. İlk 3 ili tonqal yandırmadıq. Ncə ki hüznü olan ailə bayram keçirməzdi, biz də eyni hissi yaşadıq. Nə bayram süfrəsi açdıq, nə güldük, nə də əyləndik. Biz süfrəmizə xatirələri düzdük. Amma bir neçə il sonra mən tonqal başına enməsəm belə, yavaş-yavaş insanlar tonqal qurdular. Bu dəfə də dualar bəlliydi. Bizi "Arsız qaçqlnlar" adlandırsalar da, uşaqların o oda ehtiyacı vardı. 26 ildir o tonqalların alovunda dualarımız yanlb kül olur.  Əslində, indiki Novruz da əskilər kimi deyil. Bərəkətini savaş aparıb. İndi sayla şirniyyat bişirib süfrəsinin "üzünü agardan" qadınlar artıq qapı çalınanda şad olmurlar. Bir papaq iki dəfə atılarsa, geriyə dönüşü ağır olur. Yaşam şərtləri bayramları da qoynuna aldı...

Amma yenə də mən Novruzu sevirəm. Novruzun qoğalını da, paxlavasını, şəkərburasını da, yeyib kökəlməkdən qorxmadan sevirəm.  Türkiyədə Bakıdakı Keçəlin keçəli, Kosanın 3 tükdən olan saqqalı üçün darıxmışam. Vətənin qoxusu o qədər gözəldi ki, sərhədi bir addım keçən kimi həm qışı, həm baharı üçün darıxırsan... Anlayın, mən həm keçmiş şən  Novruzum,  həm də indiki boynubükük Noruzum üçün darıxmışam... Burdan sizinlə bayramlaşıram,  neçə bayramlarınız olsun. 

Neçə mənsiz bayramın oldu boynubükük Qarabagım...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Hər bir hərbi qulluqçu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirdir - Zakir Həsənov 24 İyun 2019, 18:41 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06