Arxiv
20 mart 2019, 10:56 | DİASPOR
Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

Xarici ölkələrdə xalqımıza başucalığı gətirən qeyrətli oğullar az deyil. Onların hər biri hörmətə, ehtirama layiqdir. Bu gün sizə onlardan biri, 25 yaşlı Qabil Məmmədovdan söhbət açmaq istəyirəm. O, 1994-cü ildə Rusiyanın Orenburq şəhərində dünyaya gəlib. 2011-ci ildə orta məktəbi bitirərək Orenburq Dövlət Universitetinə qəbul olunub. 2016-cı ildə oranı mühəndis ixtisasına yiyələnməklə başa vurub. 2016-2018-ci illərdə həmin universitetin magistraturasında oxuyaraq, biznesin idarə olunması ixtisasına yiyələnib (MBA). Hazırda aspiranturaya hazırlaşır…

…Atası Habil Məmmədov Orenburqda polis işləyirmiş. 2000-ci ildə məzuniyyət götürərək ata-baba yurdu Naftalana gedir ki, 6 yaşlı oğlu Qabilə kiçik toy eləsin. Dəvətnamə paylanılır, hazırlıq görülür, çadır qurulur, toya bir gün qalanda Habil insult keçirərək dünyasını dəyişir. O vaxtdan Qabil və bacısı Əskinaz atasız, anası Könül xanımın himayəsində böyüyürlər…

10 yaşından idmanın boks növü ilə məşğul olur. İlk uğuru 2009-cu ildə 14-15 yaşlılar arasında keçirilən Rusiya boks çempionatında gümüş medalı qazanmaqla əldə edir. Sonradan 2011-ci ildə Rusiya çempionu olur. Həmin il Avropa çempionatında ikinci yerə çıxır. Beləliklə illər keçdikcə,  bir sıra nailiyyətlərə imza atır. Rusiya boks çempionatlarında, müəyyən yaş kateqoriyaları üzrə dəfələrlə II, III yerlərə qalxır. İki dəfə Rusiya çempionu adına layiq görülür. Hazırda Soçi şəhərində Almaniyada keçiriləcək boks turnirinə hazırlıq məşqlərində iştirak edir…


Orenburq şəhərindən idman üzrə son 42 ildə heç kim onun qazandığı uğurlara nail ola bilməyib. Ona görə də Qabilin şəkilini böyüdərək şəhərin müxtəlif yerlərində nümayiş etdirirlər. Sizə zarafat gəlməsin, azərbaycanlı balasının şəkilləri görün nə qədər düşmənimizin gözünə ox kimi batır…

Qeyrətli oğuldur, deyir ki,- "Atam vəfat edəndən sonra, anam uşaq bağçasında, çörək sexində işləyərək bizi böyüdüb. Bilirəm ki, çox əziyyətlər çəkib. Əlim çörəyə çatan kimi onu işdən çıxartdım, qoymadım işə getsin. Sevinirəm ki, evi dolandıra bilirəm. Bir bacım var, o da azərbaycanlı ilə ailə qurub, Orenburqda yaşayırlar"…

Azərbaycanı canından əziz bilir. Rusiyada doğulub-böyüsə də, Azərbaycan dilində təmiz danışır, milli kimliyini itirməyib. Vaxt tapan kimi ata-baba yurduna, doğmalarını ziyarət etməyə gedir…

Danışdıqca bu güclü, amma mehriban, təvazökar gəncin davranışını diqqətlə müşahidə edirdim. Sevinirdim ki, xalqımın belə qeyrətli gəncləri var və idmanla yanaşı, təhsildə də uğur qazanmağı bacarırlar. İdman bədəndə sağlam ruh deməkdirsə, təhsil zəkada, idrakda sağlam düşüncə deməkdir.

Bəli, gəncliyi hər tərəfli sağlam olan xalqın gələcəyi parlaq olur…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniya hərbi xərclərini artırır 21 İyul 2019, 23:24 Zelenski impiçmentdən danışdı 21 İyul 2019, 23:07 Masallıda 100 ədəd çinar yandı 21 İyul 2019, 22:46 Türk şahinlərindən terrorçulara zərbə 21 İyul 2019, 22:29 Gürcüstanda erməni kilsəsi qarət olunub 21 İyul 2019, 22:11 Seçki ilə bağlı 33 cinayət işi başlanıldı 21 İyul 2019, 21:58 Azərbaycan  güləşçilərinin rəqibləri bəlli oldu 21 İyul 2019, 21:52 Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı 21 İyul 2019, 21:33 Mafiozlarla əlaqəyə girən erməni konsul barədə qərar 21 İyul 2019, 21:16 Qusarda süni göldə batan şəxsin meyiti sudan çıxarıldı 21 İyul 2019, 20:57 Prezident XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışında  - VİDEO 21 İyul 2019, 20:37 Ölüm xəbəri yayılan prezident tibb işçilərini təbrik etdi 21 İyul 2019, 20:19 ABŞ-da iki təyyarə toqquşdu 21 İyul 2019, 20:03 “Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olub” - Qüdrət Həsənquliyev 21 İyul 2019, 19:00 Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi 21 İyul 2019, 18:45 Qasırğa 13 kəndin yolunu bağladı 21 İyul 2019, 18:30 Ekspres xətt avtobusları daşımalara hazırdır - BNA    21 İyul 2019, 18:15 Güləşçilərimiz Festivalın birinci gününü 4 medalla başa vurdular 21 İyul 2019, 18:00 Dəmiryolu vağzalında yanğın   21 İyul 2019, 17:50 Türkmənistan Prezidentinin ölüm xəbəri yayıldı 21 İyul 2019, 17:40 Tanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladı - FOTO 21 İyul 2019, 17:30 Azərbaycan ikinci qızıl medalı qazandı   21 İyul 2019, 17:00 Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı - FOTO 21 İyul 2019, 16:45 Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini  21 İyul 2019, 16:32 Universitet tələbəsi dənizdə boğuldu - FOTO 21 İyul 2019, 16:16 Kürdəmirdə nar bağında yanğın oldu 21 İyul 2019, 16:15 Azərbaycan ilk qızıl medalını qazandı 21 İyul 2019, 16:00 Sumqayıtda mənzildən qadın meyiti tapıldı 21 İyul 2019, 15:48 Bu mətbuat orqanlarının hesabları bloklandı 21 İyul 2019, 15:36 QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı 21 İyul 2019, 15:24 Yeni Baş nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır - Zelenski 21 İyul 2019, 15:10 Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTO   21 İyul 2019, 15:00 Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17