Arxiv
20 mart 2019, 11:59 | DÜNYA
Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

Qazaxıstan parlament Senatının rəhbəri Kasım-Jomart Tokayev martın 20-də parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və bununla da Prezident vəzifəsinin icrasına başlayıb.


Modern.az
saytı Qazaxıstan mediasına istinadən xəbər verir ki, Tokayev 2020-ci ildə keçiriləcək növbəti seçkilərə qədər prezident postunda qalacaq.

Bugünkü andiçmədən sonra yeni vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev nitq söyləyib. O qeyd edib ki, martın 19-da dünya Nursultan Nazarbayevin timsalında tarixi hadisənin şahidi oldu.

"Qazaxıstan dövlətçiliyinin atası - yaradıcı, Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Abışoviç Nazarbayev könüllü olaraq səlahiyyətlərindən əl çəkdi. Elbaşının (Nazarbayevin xalq arasındakı ləqəbi) bu gözlənilməz qərarı onun böyük siyasi səviyyədə olduğunu bir daha sübut etdi", - Kasım-Jomart Tokayev vurğulayıb.

 
Tokayev qeyd edib ki, Qazaxıstan özünün bütün nailiyyətləri, uğurları və "müqəddəs müstəqilliyi" üçün ilk prezidentə borcludur.

 
Yeni prezident Kasım-Jomart Tokayev Qazaxıstan paytaxtı Astana şəhərinin adının dəyişdirilərək, Nursultan qoyulmasını təklif edib. Eyni zamanda, paytaxtda Nazarbayevin abidəsini ucaltmağa və bütün şəhərlərin mərkəzi küçələrinə ölkənin ilk prezidentinin adını verməyə çağırış edib.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev respublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (parlamentin yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.

Nursultan Nazarbayev bundan sonra ölkənin Təhlükəsizlik Şurasına başçılıq edəcək, "Nur Otan" partiyasının başında qalacaq və respublikanın Konstitusiya Şurasının üzvü olacaq.

78 yaşlı Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edirdi. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis meşədə çətənə əkəni tutdu - FOTOLAR 25 İyun 2019, 10:06 BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq 25 İyun 2019, 09:44 Qarabağ söhbəti: “Kimsə mənim Surət Hüseynovu müdafiə edən bir cümləmi tapıb, ortaya qoya bilmir” - MÜSAHİBƏ 25 İyun 2019, 09:41 Cəbhədə nisbi sakitlik müşahidə olunub 25 İyun 2019, 09:37 III Respublika Xalq Teatrları Festivalı başa çatdı 25 İyun 2019, 09:29 Qadınlar da azan səsləndirə bilərlərmi?.. 25 İyun 2019, 08:55 Tovuzda gənc oğlan özünü asıb 25 İyun 2019, 08:44 Lent.az-ın 11 yaşı tamam oldu 25 İyun 2019, 08:40 Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV 25 İyun 2019, 08:31 Ağdamın saralmış şəkilləri 25 İyun 2019, 08:18 Manat və dolların bugünkü məzənnəsi 25 İyun 2019, 08:12 “Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30