Modern.az

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

21 Mart 2019, 01:36

İlk növbədə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Sabah bizi maraqlı, gərgin oyun gözləyir. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdır, ancaq biz də yaxşı məşq etmişik və məzmunlu futbol göstərməyə hazırıq.

Modern.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri martın 20-də mətbuat konfransında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyaya gələn heyət üzvlərinin hamısının oynaya biləcək vəziyyətdə olduğunu bildirən baş məşqçi qeyd edib ki, hazırda 12-13 futbolçu arasından start heyəti müəyyənləşdirmək barədə düşünür: Evimdə oynayıram və ümid edirəm ki, ilk oyunum uğurlu alınacaq”.

Xorvatiyalı mütəxəssis deyib: “Oyunçuların məşqdəki motivasiyasından razıyam. Gözlədiyimdən də yaxşı səviyyədədirlər. Ancaq etiraf etməliyik ki, Xorvatiya yığmasının futbolçularının səviyyəsi tam fərqlidir. Rəqib haqda oyunçulara hər şey artıqlaması ilə çatdırılıb. Detallı şəkildə təhlil aparmışıq. Ancaq əsas bu deyil, oyunçuların meydanda nələri ortaya qoya biləcəkləridir. Hamımız bilirik ki, Xorvatiya favoritdir. Ancaq biz də istəyirik ki, onlara xoş olmayan sürpriz edək”.

Qeyd edək ki, Xorvatiya-Azərbaycan oyunu Zaqrebdəki “Maksimir” stadionunda martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir