Arxiv
21 mart 2019, 20:34 | ÖLKƏ
XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

“Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil”. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində bildirilir.

 

Məlumatda bildirilir ki, bu xüsusda, danışıqlar prosesinin formatının dəyişilməz olduğunu birmənalı şəkildə  əks etdirən Minsk Qrupunun həmsədrlərinin son bəyanatına bir daha vurğulamaq istərdik: “Oxşar bəyanatla Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də çıxış etmişlər. Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan üçün ciddi siqnaldır, həmçinin Azərbaycanın əsaslı mövqeyinə dəstəyi nümayiş etdirir. Bununla belə, danışıqlar prosesinin reallıqlarını izah etmək üçün aşağıdakı məsələlərə yer ayırmağa ehtiyac var.

Birincisi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi əsasını təşkil edir.

 

İkinci, ATƏT-in 1992-ci il 24 mart tarixində Helsinkidə Nazirlər Şurasının Əlavə Görüşünün gəldiyi nəticələrə nəzər salaq. Məlum olduğu kimi, bu sənəddə ATƏT-in Fəaliyyətdə olan Sədrinə Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həlli üzrə Minsk şəhərində sülh konfransının çağırılması tapşırılır və bu xüsusda sənəddə qeyd edilir: “Konfransda iştirak edən ölkələrlə məsləhətləşmələrdən sonra Dağlıq Qarabağın seçkili və digər nümayəndələri maraqlı tərəf qismində sədr tərəfindən Konfransa dəvət oluna bilər”. Burada əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki, erməni və azərbaycanlı icmasını nəzərdə tutur və sənəddə icmalar maraqlı tərəflər qismində qeyd olunur. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədlərinin son bəyanatında da hər iki icmaya məhz maraqlı tərəf qismində istinad edilir. Maraqlı tərəflərin Minsk Konfransına çağırılması məsələsinə gəldikdə isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra çağırılacaq sülh konfransına maraqlı tərəflər qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dəvət olunmasına, əlbəttə müvafiq razılaşmadan sonra baxıla bilər.

 

Üçüncü, 1994-cü il ATƏT-in Budapeşt qərarından dəqiq sitat gətiririk: “Münaqişənin davam etməsini və onun əhatə etdiyi insan fəlakətini pisləyərək, iştirakçı dövlətlər Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə əməkdaşlığı çərçivəsində vasitəçiliyi ilə münaqişə tərəflərinin 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşmasını təsdiq etməsini alqışladılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etdilər və Təhlükəsizlik Şurasının ATƏM-in münaqişənin sülh yolu ilə həllinə yönələn səylərinə göstərdiyi siyasi dəstəyi alqışladılar”. Sammitin qərarında istinad edilən 1994-cü ilin 12 may tarixində əldə edilmiş atəşkəs razılaşması, ATƏT-in yuxarıda qeyd olunmuş 1992-ci il 24 mart tarixli Helsinki Nazirlər Şurasının qərarına uyğun olaraq münaqişənin tərəfləri qismində Azərbaycan və Ermənistan tərəfindən, eləcə də münaqişənin tənzimləbnəsində “maraqlı tərəflər” qismində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının rəhbərləri tərəfindən təsdiqlənib. Beləliklə də bu qərarda hər hansı bir şəkildə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə dəstək ifadə olunur. Həmçinin, atəşkəsin əldə olunması ilə bağlı razılıqdan danışarkən  razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlandığını erməni tərəfinə xatırlatmaq istərdik. Bu cədvələ uyğun olaraq işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalı idi”.

 

“Vaxtı ilə hələ 1992-ci ildə Ermənistanın bəzi əsassız iddialarının sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə alaraq, Minsk Qrupunun sədri tərəfindən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərhüquqluluğuna dair açıqlama verilmişdi: “İtaliya sədrliyi Ermənistanın 24 mart mandatının Dağlıq Qarabağ ermənilərinə azərbaycan tərəfinə münasibətdə formal üstünlük  verməsi, hətta onları “seçilmiş nümayəndələr” adlandırılması ilə bağlı Minsk Qrupunun digər üzvləri arasında hər hansı konsensus əldə edə bilmədi” (ATƏM Kommunikasiya sənədi Noş 279, Praqa, 15 sentyabr 1992). Göründüyü kimi, bu məsələyə hələ 1992-ci ildə, yəni Minsk Qrupunun formalaşdığı ilkin mərhələdə aydınlıq gətirilərək, Dağlıq Qarabağn hər iki icmasının bərabərhüquqlu olduğu  bəyan edilib.

Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.

Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən bu kimi əsassız iddiaların axtarılmasına sərf edilən vaxt, sülh prosesinin uğuru və bölgənin dayanıqlı inkişafına xələl gətirir. Ermənistan rəhbərliyinin vaxtını nəyə sərf etməkdə maraqlı olduğunu nümayiş etdirməsinin tam məqamıdır”, - deyə məlumatda bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zığ şosesində fərdi yaşayış evləri yanır 26 İyun 2019, 14:13 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40 Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları əməkdaşlığa başlayır 26 İyun 2019, 12:36 Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU 26 İyun 2019, 12:28 Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR 26 İyun 2019, 11:52 Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı 26 İyun 2019, 11:45 “Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” 26 İyun 2019, 11:30 Rusiyada 42 yaşlı erməni güllələndi 26 İyun 2019, 11:21 Füzulidə Silahlı Qüvvələr günü qeyd olundu 26 İyun 2019, 10:59 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 26 İyun 2019, 10:52 Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır 26 İyun 2019, 10:48 Balaca kəndin böyük DİRƏNİŞİ 26 İyun 2019, 10:46 Türkiyədə avtobus qəzası – 10 ölü, 30 yaralı 26 İyun 2019, 10:40 Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - VİDEO 26 İyun 2019, 10:34 Fazil Məmmədovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi 26 İyun 2019, 10:25 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 26 İyun 2019, 10:24 Türkiyə və Azərbaycan arasında hərbi saziş qüvvəyə minib 26 İyun 2019, 10:22 BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05