Modern.az

Rusiyadan NATO açıqlaması

Rusiyadan NATO açıqlaması

Dünya

21 Mart 2019, 21:24

“NATO-nun Rusiya sərhədi yaxınlığında fəaliyyəti təhlükəsizliyin bölünməzliyi prinsipini pozur”.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov San-Marinonun Ali Baş Məclisində (parlament) çıxış edərkən deyib.

 

S.Lavrov bildirib: "Bizim ortaq qitəmizdəki vəziyyətin mürəkkəb olduğu sirr deyil. Biz NATO-nun hərbi-siyasi fəaliyyətini necə artırdığını, alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasını görürük".

 

Nazir vurğulayıb ki, təhlükəsizliyi digərlərinin hesabına gücləndirməməyin öhdəlikləri ATƏT və Rusiya-NATO Şurasının yüksək səviyyədə konsensus əsasında qəbul edilmiş sənədlərində əks olunmasına baxmayaraq, biz təhlükəsizliyin bölünməzliyi prinsipinin pozulduğunu müşahidə edirik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür