Arxiv
22 mart 2019, 10:54 | AKTUAL
General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Qondarma “dqr”in keçmiş müdafiə naziri, Azərbaycan ərazilərinin işğal olunmuş hissəsində “prezident” olmaq iddiasına düşən Samvel Babayanın Qarabağ konsepsiyası erməni siyasi dairələrində qalmaqala səbəb olub.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəl Samvel Babayan Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməli olduğunu bildirmişdi və bunu “münaqişənin yeganə mümkün həlli yolu” adlandırmışdı.

 

Bu təklif Ermənistanda və Dağlıq Qarabağda etirazla qarşılaşıb, radikal “Sasna Tsrer” partiyası (eyni adlı terrorçu qrupun bazasında formalaşıb) Samvel Babayanı “xəyanətdə” ittiham edib.

 

Belə reaksiyalardan sonra martın 21-də Samvelin ofisi geniş bəyanatla çıxış edərək onun fikirlərinin yanlış anlaşıldığını bildirib. Və keçmiş səhra komandirinin əslində nəyi təklif etdiyini izah edib. Bu təklifə əsasən Dağlıq Qarabağ ərazisi beynəlxalq ictimaiyyət, ilk növbədə hansısa beynəlxalq təşkilat tərəfindən münaqişə edən tərəflərin indiki hakimiyyətlərinin siyasi nəzarətindən çıxarılmalı və hansısa beynəlxalq strukturun yurdiksiyası altına verilməlidir.

 

Bəyanata əsasən Samvel Babayan heç vaxt Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməsini təklif etməyib, bunu bəzi politoloqlar belə interpretasiya ediblər.

 

Samvelin konsepsiyası Qarabağ nizamlanmasına dair Madrid prinsiplərini qəti rədd edir, erməni tərəfinin hansısa ərazi güzəştlərini müzakirə etməyi qəbuledilməz sayır. Xüsusən də Laçın və Kəlbəcərin qaytarılması məsələsini.

 

Amma “konsepsiyada” göstərilir ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ Dağlıq Qarabağda mandat idarəetmə sisteminin yaradılmasına dair “çoxtərəfli və qapalı” razılaşma imzalamalıdır. Dağlıq Qarabağın yekun statusu isə bu razılaşmanın imzalanmasından sonra referendum yolu ilə müəyyən edilməlidir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
III Respublika Xalq Teatrları Festivalı başa çatdı 25 İyun 2019, 09:29 Qadınlar da azan səsləndirə bilərlərmi?.. 25 İyun 2019, 08:55 Tovuzda gənc oğlan özünü asıb 25 İyun 2019, 08:44 Lent.az-ın 11 yaşı tamam oldu 25 İyun 2019, 08:40 Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV 25 İyun 2019, 08:31 Ağdamımın saralmış şəkilləri 25 İyun 2019, 08:18 Manat və dolların bugünkü məzənnəsi 25 İyun 2019, 08:12 “Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54