Arxiv
22 mart 2019, 12:59 | AKTUAL
Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini martın 22-də bu ölkənin Prezidenti Arif Alvi qəbul edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qəbula görə təşəkkür edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin xoş salamlarını Arif Alviyə çatdırıb. Ölkəmizin Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Pakistan Prezidenti Arif Alvi öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. Pakistan Prezidenti dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib.

 

Prezident A.Alvi Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.

 

Görüşdə tərəflər maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hüseynbala Mirələmovun 74 yaşına... 25 İyun 2019, 10:42 Ötən gün yol qəzalarında 1 nəfər ölüb 25 İyun 2019, 10:34 BANM tələbələri beynəlxalq şirkətdə təcrübəyə yollanır 25 İyun 2019, 10:27 Ermənistanda deputatlar məzuniyyətə çıxmaycaq 25 İyun 2019, 10:25 Nazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDI 25 İyun 2019, 10:25 “Sovet Ermənistanı” qəzetinin son baş redaktoru vəfat etdi 25 İyun 2019, 10:19 Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılıb 25 İyun 2019, 10:14 Körpə öz anasını tanıya bilmədi – VİDEO 25 İyun 2019, 10:11 Polis meşədə çətənə əkəni tutdu - FOTOLAR 25 İyun 2019, 10:06 BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq 25 İyun 2019, 09:44 Qarabağ söhbəti: “Kimsə mənim Surət Hüseynovu müdafiə edən bir cümləmi tapıb, ortaya qoya bilmir” - MÜSAHİBƏ 25 İyun 2019, 09:41 Cəbhədə nisbi sakitlik müşahidə olunub 25 İyun 2019, 09:37 III Respublika Xalq Teatrları Festivalı başa çatdı 25 İyun 2019, 09:29 Qadınlar da azan səsləndirə bilərlərmi?.. 25 İyun 2019, 08:55 Tovuzda gənc oğlan özünü asıb 25 İyun 2019, 08:44 Lent.az-ın 11 yaşı tamam oldu 25 İyun 2019, 08:40 Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV 25 İyun 2019, 08:31 Ağdamın saralmış şəkilləri 25 İyun 2019, 08:18 Manat və dolların bugünkü məzənnəsi 25 İyun 2019, 08:12 “Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07