Arxiv
22 mart 2019, 16:59 | AKTUAL
Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

 

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar.

 

Qeyd edək ki, hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb. Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

 

Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Bu məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları və eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olmaqla 30 kub.metr təşkil edir ki, bunun da yalnız üçdə biri yerli sularımızdır.

Azərbaycanın su ehtiyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12 kub.metrdən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan istifadə üçün götürülür. Kənd təsərrüfatı məhsullları əsasən suvarılan sahələrdə yetişdiyindən götürülən suyun üçdə ikisi suvarmada istifadə olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda deputatlar məzuniyyətə çıxmaycaq 25 İyun 2019, 10:25 Nazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDI 25 İyun 2019, 10:25 “Sovet Ermənistanı” qəzetinin son baş redaktoru vəfat etdi 25 İyun 2019, 10:19 Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılıb 25 İyun 2019, 10:14 Körpə öz anasını tanıya bilmədi – VİDEO 25 İyun 2019, 10:11 Polis meşədə çətənə əkəni tutdu - FOTOLAR 25 İyun 2019, 10:06 BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq 25 İyun 2019, 09:44 Qarabağ söhbəti: “Kimsə mənim Surət Hüseynovu müdafiə edən bir cümləmi tapıb, ortaya qoya bilmir” - MÜSAHİBƏ 25 İyun 2019, 09:41 Cəbhədə nisbi sakitlik müşahidə olunub 25 İyun 2019, 09:37 III Respublika Xalq Teatrları Festivalı başa çatdı 25 İyun 2019, 09:29 Qadınlar da azan səsləndirə bilərlərmi?.. 25 İyun 2019, 08:55 Tovuzda gənc oğlan özünü asıb 25 İyun 2019, 08:44 Lent.az-ın 11 yaşı tamam oldu 25 İyun 2019, 08:40 Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV 25 İyun 2019, 08:31 Ağdamın saralmış şəkilləri 25 İyun 2019, 08:18 Manat və dolların bugünkü məzənnəsi 25 İyun 2019, 08:12 “Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03