Modern.az

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Aktual

22 Mart 2019, 20:46

Milli Məclisin deputatı Adil Əliyev Ankaranın Mamak rayonu Ali Kuşçu adına ibtidai məktəbində Azərbaycanla bağlı həyata keçirilən layihənin qonağı olub.

Modern.az ONA-ya istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndəsi Zəki Eryücel, məktəbin müdiri Abdullah Ulaş və sinif müəlliməsi Yasemin Erdoğan kiçik yaşlı şagirdlərin bu layihəsinin Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətini anlayaraq böyüyən nəslin yetişməsi baxımından önəmli olmasından bəhs ediblər.

Xatırladaq ki, məktəbin 2 D sinif şagirdləri bu ilin yanvarından başlayaraq Bakının Nərimanov rayonunda yerləşən 47 saylı tam orta məktəbin 2 C sinif şagirdləri ilə “Məktub qardaşlığı” layihəsini həyata keçirirlər.

Ankara və Bakı məktəbliləri qarşılıqlı məktublar yazaraq, ölkələrindən, məktəblərindən, müəllimləri və ailələrindən bəhs edir, bir-birlərinə xatirə hədiyyələri göndərirlər.

Adil Əliyev Bakıdakı dostlarının təhsil aldıqları 47 saylı məktəbin də daxil olduğu seçki dairəsinin deputat olduğunu qeyd edib, ankaralı şagirdlərin Azərbaycanla, Dövlət bayrağının rənglərinin mənası ilə bağlı suallarını cavablandırıb.

Ankaralı şagirdlərdən Azad Tura Azərbaycan Dövlət himnini, Eylül Bolat B.Vahabzadənin “Azərbaycan-Türkiyə”, Mert Keçelioğlu R.Yusifoğlunun “Üçrəngli Bayraq”, Ela Cüce və Yaren Taşan Hikmət Ziyanın “Xocalı müsibəti” şeirlərini Azərbaycan türkcəsində əzbər söyləyiblər.

Şagirdlərdən Berfin Navruz anası ilə birlikdə hazırladığı və üzərinə “Azerbaycan-Türkiye” yazılmış şirniyyatı qonağa təqdim edib.

Məktəblilər Azərbaycana getmək istədiklərini də millət vəkilinin diqqətinə çatdırıblar.

Görüşün sonunda Adil Əliyev və şagirdlər Türkiyə və Azərbaycan dostluğunun şərəfinə məktəbin həyətində ağaclar əkiblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir