Modern.az

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Aktual

22 Mart 2019, 20:53

ABŞ İranda 14 fiziki və 17 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Nazirlik hesab edir ki, bu şəxs və şirkətlər, nüvə istehsalı ilə əlaqəsi olan və müdafiə sahəsində araşdırmalar edən SPND İran şirkətinin fəaliyyəti ilə əlaqələri var.

 

Maliyyə naziri S.Mnuçin bildirib ki, İranın müdafiə sənayesi, həmçinin SPND şirkəti ilə əməkdaşlıq edən, istənilən şəxs peşəkar, fərdi və maliyyə baxaımından təcrid oluna bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır