Arxiv
17 Dekabr 2011, 16:11 | MÜSAHİBƏ
Əli Hüseynli Avropa Parlamentinə cavab verdi (MÜSAHİBƏ)

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiya son müsahibəsində Azərbaycanla bağlı ciddi iradlar səsləndirib. Eyni zamanda Avropa Parlamenti Azərbaycandakı hadisələri pisləyən qətnamə qəbul edib. Bütün bunlar Azərbaycan üçün nə vəd edə bilər? Azərbaycan Avropadan təcrid oluna bilərmi?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın AŞ PA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü Əli Hüseynli bu məsələlərlə bağlı Modern.az saytına müsahibə verib.

- Əli müəllim, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri müsahibəsində ölkəmizi ciddi tənqid edib. Eyni zamanda Avropa Parlamenti Azərbaycandakı hadisələri pisləyən qətnamə qəbul edib. Bu qətnamədən siz nə zaman xəbər tutdunuz? AVRONEST-də təmsil olunan, Avropa Şurası Palrmanet Assambleyasında aktiv iştirak edən millət vəkili kimi necə hesab edirsiniz, bu ittihamlar haradan qaynaqlanır? Bu qurumun təcrübəsində belə bir hal varmı ki, hansısa ölkənin xəbəri olmadan onunla bağlı sənəd qəbul olunsun? Həm səfirin müsahibəsindəki ittihamları, həm də bu qurumun qəbul etdiyi qətnaməni necə qiymətləndirisiniz?

-
Baxmayaraq ki, biz Avropa Birliyinin üzvi deyilik və Avropa Parlamentində birbaşa təmsil olunmuruq, amma Azərbaycan digər bir neçə ölkə ilə birlikdə Şərq tərəfdaşlığı prosesində illərdir aktiv iştirak edir. Bu qonşuluq siyasəti, Şərq tərəfdaşlığının elementlərindən biri də palament ölçüsüdür. Artıq xeyli müddətdir AVRONEST yaradılıb. Bu o deməkdir ki, 5 ölkənin, o cümlədən Azərbaycanın da parlamentariləri Avropa Parlamentinin deputatları ilə vahid bir qurumda fəaliyyət göstərir. Eyni zamanda, biz bu quruma, Parlament Assambleyasına qatılanda bir sıra təkliflərimizi, iradlarımızı da bildirmişdik. Onlardan biri ondan ibarət idi ki, ölkələrlə bağlı hansısa məsələ müzakirə ediləndə, qərarlar qəbul olunanda rahat bir kommunikasiya olacaq, yəni milli parlament nümayəndələri Avropa Parlamenti ilə birbaşa əlaqədədir, katibliyimiz mövcuddur, hansısa mübahisəli məsələləri araşdırmaq mümkün olacaq. Lazım olanda məlumatı əldə etmək, milli parlamentarilər vasitəsilə nəyisə dəqiqləşdirmək olacaq və bu, Avropa Parlamenti tərəfindən qəbul olunan qərarların obyektivliyini təmin edəcək.

Əvvəlki illərdə Avropa Parlamenti bir sıra qərarlar qəbul etmişdi. İnsan hüquqları, demokratiya məsələləri ilə bağlı biz onların mövqeyindən narazı qalırdıq, onlar da bizim reaksiyadan narazı qalırdılar. İndi isə biz hesab edirdik ki, obyektiv nəticələr əldə etmək üçün bir sistem, mexanizm yaranıb. Ona görə belə bir qətnaməni biz də biləndə - təbii ki, müəyyən əlaqələr vasitəsilə bu barədə dəqiq bilgimiz var - demirəm narahat olduq, amma bu, bizi təəccübləndirdi. Qətnamədə mərhum yazıçı Rafiq Tağı ilə bağlı bir sıra müddəalar var və qeyd olunur ki, hökümət səviyyəsində ictimaiyyətə bu işlə bağlı dolğun məlumat verilməməsindən məyus olublar. Birincisi qeyd edim ki, istənilən bir Azərbaycan vətəndaşı ilə bağlı baş verən hadisə, ölüm faktı, hansısa bir cinayət ilə əlaqədar mexanizmlər mövcuddur, araşdırmalar, bəyanatlar olur. Əlbəttə, hansısa bir ölkənin ictimai, siyasi həyatında, mediasında fəaliyyət göstərən insanlarla bağlı hadisələr baş verəndə onda ictimaiyyət daha çox məlumatlandırılmalıdır, biz bunu da başa düşürük.

Amma bir halda ki, Azərbaycan hüquq-mühafizə orqanlarının mətbuat xidmətinin məlumatı var, demək ki, bu, açıqdır, hamı bilir. Ölkənin Prezident Administarsiyasının İctimai-siyasi şöbəsinin rəhbəri səviyyəsində məsələyə dair açıqlama verilib. Yaxşı, Avropa Parlamenti bundan yuxarı hansı səviyyəni gözləyir?

Millət vəkillərinin də bununla bağlı münasibəti olub. Ona görə də bütün bunlardan çıxış edərək bizdə belə bir təəssürat yaranır ki, belə məsələlər Avropa Parlametinin qərarında şişirdilir. Bizim üçün Azərbaycanda hər bir vətəndaşın, o cümlədən mərhum yazıçı Rafiq Tağının həyatdan köçməsi, ona qarşı törədilmiş cinayət hadisəsi narahatedicidir. Buna müvafiq dövlət orqanları, adekvat da reaksiyalar verib və bu barədə açıqlamalar var. Bunu hər yerdə, mətbuatda, mediada görmək mümkündür. Biz təəssüf edirik ki, Avropa Parlamenti bunu görmür və belə bir nəticəyə gəlib.

- Sizcə, niyə belə nəticəyə gəlinib?

- Təəssüf olsun ki, bu qətnamədə İranla, orada baş verən hadisələrlərlə bağlı bir sıra xoşagəlməz elementlər də var. Məndə belə bir təəssürat yaranır ki, Avropa Parlamenti dolayısı olaraq Azərbaycanı və İranı, iki dost və qardaş ölkəni üz-üzə qoymağa cəhd edir. Avropa Parlamenti bu gün İranla bağlı olan məsələlərə hər hansı bir formada Azərbaycanı da cəlb etmək məqsədi güdür. Bu, yolverilməzdir. Azərbaycan və İran, biz qonşu, dost, qardaş ölkələrik, orada milyonlarla soydaşımız yaşayır, onlar İranın vətəndaşlarıdır, İranın həyatında xüsusi rol oynayan insanlardır.

Hesab edirəm ki, Avropa Parlamentinin bu qətnaməsində sətiraltı, alt məna çox xoşagəlməzdir. Bu baxımdan mən qətnamənin bu ruhunu pisləyirəm. Hesab edirəm ki, Avropa Parlamenti Azərbaycanla bağlı, burada baş verən hadisələr,  insan haqları, demokratiya, iqtisadi proseslər, istənilən məsələ ilə bağlı hər hansı qərar qəbul etməmişdən öncə özünün yaratdığı, ayrılmaz və tərkib hissəsi olan AVRONEST-dəki bizim katibliklə, nümayəndə heyəti ilə hansısa diskussiyalar aparmalı, məlumatlar əldə etməli və əsaslandırılmış qərarlar qəbul etməlidir. Şəxsən mən düşünürəm ki, biz növbəti görüşlərimizdə, AVRONEST-in komitə iclaslarında bu məsələni qaldıracağıq.

- Səfirin açıqlaması var. Ciddi ittihamlar ortadadır. Belə görünmür ki, bu, Azərbaycanın Avrointeqrasiya istiqamətində atdığı addımların nəticəsidir, ya da bu istiqamətdə ümumiyyətlə heç bir addım yoxdur.

- Burada ciddi həqiqət var. Çünki kənardan müşahidə edərkən ikili təsəvvür yaranır. Birinci təsəvvür, Azərbaycan Avropa İttifaqı ilə yaxşı əməkdaşdır, Avropa Parlamentinin rəhbəri, prezidenti Azərbaycanda səfərdə olub, Avropa komissarının Azərbaycana səfəri olub. Bu qurumun əksər rəhbərlərinin, xanım Ketrin Eştin, Buzi, cənab Barozza, onlar müxtəlif vaxtlarda, xüsusilə son dövrlər Azərbaycanda səfərdə olublar. Üstəgəl bizim ölkənin rəhbəri, cənab prezident hər zaman Şərq tərəfdaşlığı sammitlərinə qatılıb və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin irəliləməsindən ötrü çox ciddi sənədlər mövcuddur.

Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tədbirlər planı mövcuddur. Bizim Xarici İşlər Nazirliyi ilə Avropa İttifaqı çox səmərəli əməkdaşlıq edir. Biz indi sadələşdirilmiş viza sistemi üzərində düşünürük, yəni sənəddə Azərbaycan-Avropa İttifaqı münasibətləri  üzrə bütün komponentlər, hökümətlərarası münasibətlərin enerji təhlükəsizliyi məsələsində rolu, Azərbaycan parlamentarilərinin əməkdaşlığı və münasibəti, Azərbaycan vətəndaş cəmiyəti, Qeyri- Hökümət Təşkilatları ilə münasibətlər və s. var. Bütövlükdə cəmiyyətimiz Avrointeqrasiyaya meyl edir, Avropa dəyərlərini üstün tutur. Bunlar müsbət elementlərdir və bu sahədə ölkəmizin ciddi siyasi hədəfi mövcuddur. Bu, cənab prezident tərəfindən də çıxışların birində bəyan olunmuşdu.

Qeyd olunmuşdu ki, dünyada bir çox təcrübələr var, dövlət idarəçiliyi təcrübələri var, amma bunların sırasında ən mütərəqqisi Avropa İttifaqına üzv olan ölkələrin təcrübəsidir və biz də bu yöndə siyasətimizi həyata keçiməliyik. Bu, bizim bir siyasi seçimimizdir. Amma mən eyni zamanda, demək istəyirəm ki, bizim Avropa ilə əlaqələrimiz ilk növbədə dəyərlər seçimidir, yəni sual verə bilərsiniz nə üçün Avrointeqrasiya yolunu üstün tutmuşuq?

Çünki biz Avropa dəyərlərinə üstünlük veririk. 1918-20-ci illərdə ilk Cümhuriyyətin yaradıcıları, bizim mütəfəkkirlər də bu yolu seçmişdilər. Amma o zaman Azərbaycan ilə Avropa arasında bu gün olduğu kimi iqtisadi, media və ya başqa sahələrdə sıx əlaqə mövcud deyildi. Amma seçim eləmişdilər. Əlaqə olmadan bizim mütəfəkkirlər Avropa dəyərlərini, hüquqi dövlət, demokratiya, insan hüquqları seçmişdilər. Avropa İttifaqı var və ya yoxdur, hansısa bir təşkilat var və yaxud yoxdur, bunu demirik, amma biz Avropa dəyərlərini seçmişik. Daha asan olsun deyə, mövcud strukturlarla əməkdaşlıq edirik. Bu əməkdaşlıq olmasa da, bizim yolumuz Avropa dəyərləridir, dünyəvi dəyərləridir. İndi bunlar var.

Deməli, biz  bu əməkdaşlıqdan bəhrələnməliyik. Azərbaycan dövlətinin, parlamentinin, hökümətinin bu barədə siyasi iradəsi mövcuddur. Burada sənədlər və real əməkdaşlıq var. Amma çox təəssüf hissi ilə qeyd etməliyəm ki, biz atdığımız addımlara rəğmən adekvat reaksiya görmürük. Daha doğrusu, avropalı həmkarlarımızdan  bizim nümayiş etdirdiyimiz iradəyə adekvat reaskiya almırıq. Mən cənab səfirin müsahibəsi ilə də tanışam, əlbəttə onların da öz baxışları var. Amma hesab edirəm ki, Azərbaycanda insan hüquqları, demokratiya ilə bağlı vəziyyət  çox şişirdilir. Onlar bir qədər də Şərq tərəfdaşlığının digər ölkələri ilə də vəziyyəti müqayisə etsəydilər, görərdilər ki, insan hüquqları, demokratiya ilə bağlı ən yaxşı vəziyyət məhz Azərbaycandadır.

Sözsüz ki, problemlər də var. Biz əməkdaşlıq nəticəsində bunları həll etmək niyyətindəyik. Eyni zamanda, biz onu müşahidə edirik ki, Avropa Birliyi digər sahələrdəki bütün əməkdaşlığa, yəni hökümət, enerji təhlükəsizliyi, QHT, ümumiyyətlə bizim hökümətin Avropa Birliyi ilə hökümət kimi əməkdaşlığımızda bütün məsələlərə insan hüquqları və demokratiya prizmasından yanaşırlar. Əslində nəzəri baxımdan düz də edirlər. Çünki demokratiya dəyərləri Avropanın dəyərləridir. Amma təəssüflər olsun ki, onlar Azərbaycandakı bu proseslərə düzgün qiymət vermirlər və yaxud düzgün məlumatlar əldə etmirlər. Yanlış təsəvvürdən qiymət verməyə başlayırlar. Bu isə bizim əlaqələrimizə mənfi təsir göstərir. Mən birmənalı olaraq deyirəm, bu gün Şərq tərəfdaşlığı ölkələri, istər Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və s. onların Avropa İttifaqında bütün maraqları ilk növbədə iqtisadi maraqlardır. Bu hamıya məlumdur. Amma Azərbaycan Avropa İttifaqı olmadan da çox yaxşı iqtisadi duruma malikdir. Biz nəinki yaxşı iqtisadi duruma malikik, biz eyni zamanda Avropa İttifaqı ölkələrinə, onların enerji təhlükəsizliyinə kömək etmək niyyətindəyik.

Onda sual olunur, bəs nədir Avropaya maraq? Yenə qayıdıram dəyərlərə... Məlum deyilmi ki, Avropa ilə əməkdaşlıqda biz də insan hüquqları, demokratiyaya üstünlük veririk? Amma mümkün deyil ki, onlar bu prosesə bu elementin çərçivəsində baxsınlar və yanlış olaraq baxsınlar. Fürsətdən istifadə edərək deyim ki, biz Avropa Birliyinin Brüsseldəki ofisi ilə indi daha yaxşı əlaqədəyik. Şərq tərəfdaşlığı prosesi başlayanda, AVRONEST Parlament Assambleyası fəaliyyərə başlayanda düşünürdük ki, Avropa Birliyinin Bakı ofisi ilə sıx əməkdaşlıq edəcəyik. Qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasında, vətəndaş cəmiyyətinin Avrointeqrasiyası prosesində və s.

Ümumiyyətlə, biz düşünürdük ki, Avropa Birliyi-Azərbaycan arasında yeni mərhələ başlayıb. Bu mütəmadi görüşlər, müzakirələr Avropa Birliyinin ayırdığı vəsaitlərlə birgə proyektlərdir. İndi Avropa Birliyi bir sıra maliyyələr də ayırır. Bu yaxınlarda müşahidə etdik ki, bir sıra Qeyri-Hökümət Təşkilatları maliyyələşdirilib, amma bunların əksəriyyəti imitasiyadır, Avropa Birliyinin pulunun silinməsidir. Azərbaycanda islahatları həyata keçirən tərəflər var və biz eyni zamanda milli QHT-lərlə də sıx əməkdaşlıqdayıq. Amma bu işləri təbii ki, ilk növbədə dövlət orqanları, parlament həyata keçirir. Avropa Birliyi əslində burada yaxşı bir vasitəçi olmalıdır. Təəsüf ki, biz bunu müşahidə etmirik.

Hesab edirəm ki, Avropa Birliyinin Bakı ofisi bunu yerinə yetirmir. Ya onlar bizim fəaliyyətimizdən kifayət qədər məlumatlı olmurlar... Mən düşünürəm ki, onlarda yanlış məlumat var. Onların müsbət enerjisinə çox inanıram, amma hesab edirəm onlar virtual məkanda Azərbaycanla, Azərbaycanda aparılan islahatlarla, bizim dövlət orqanları, dövlətimizin siyasəti ilə bağlı yaradılan mənfi imicin qurbanı olublar. Bax bu dəqiq ifadədir. Onların birbaşa vəzifə borclarıdır.

- Şərq tərəfdaşlığı, Avrointeqrasiya prosesi ilə bağlı nə iş görülür?

- Bir daha qeyd edim ki, bu sahədə görülən işlərin əksəriyyəti imitasiyadan başqa bir şey deyil. Ona görə hesab edirəm ki, Avropa Birliyinin Bakı ofisi də, rəhbəri də proseslərə bu cür yanlış qiymət vermək əvəzinə proseslərə qatılmalı, aktiv olmalıdırlar. Bizim bir neçə müsbət əməkdaşlığımız var, onlar da bunu müşahidə ediblər. Amma onlar daha aktiv olmalı, daha obyektiv, daha real fəaliyyətlə məşğul olmalıdırlar. Hansı “ərəb inqilabı” elementlərindən danışmaq olar? Ümumiyyətlə, Azərbaycan və “ərəb inqilabı” ifadəsindən danışmaq özü ağılsızlıqdır. Azərbaycanı nəinki o ölkələrlə, heç keçmiş SSR ölkələri ilə müqayisə etmək mümkün deyil. Azərbaycanın iqtisadi səviyyəsinə görə, müstəqliyinin möhkəmliliyinə görə, reallığına görə və s. Azərbaycan iqtisadi, siyasi baxımdan müstəqil siyasət yürüdən bəlkə də yeganə güclü bir ölkədir.

Ona görə bizim ölkəmizdə baş verən proseslərə bu cür bayağı qiymət vermək əlbəttəki qeyri-peşəkarlıqdır. Əslində mən bundan təəcüblənmirəm. Məcburam bir müqayisə aparım. Bir neçə ay bundan əvvəl Belarusdakı vəziyyətlə bağlı bir çox şərhlər verilirdi, nə oldu nəticəsi, nə baş verdi? Belarusun gələcəyi ilə bağlı yanlış qeyri-obyektiv, araşdırılmamış nəticələr elan edirdilər. İndi ölkədə normal iqtisadi durum var. Şərq tərəfdaşlığından bunu təcrid ediblər. Kim bu prosesdə udub, kim də uduzub? Bu prosesdə Belarusu təcrid etməklə Avropa uduzub. Hər halda onlar bu Şərq tərəfdaşlığının üzvü olmadıqlarına görə, artıq oradan verilən bu cür ağılsız və qeyri-obyektiv bəyanatlara əhəmiyyət verməyə bilərlər. Əsas gətirə bilərlər ki, prosesin iştirakçısı deyillər.

- Necə hesab edirsiniz, birliyə üzv olan ölkələrin maraqları Azərbaycanda təmin olunmadığından belə münasibət var, yoxsa biz bunun üçün beynəlxalq təşkilatlara əsas veririk?

- Əslində bu, normal haldır ki, onlar məlumat alırlar. Onlar vətəndaş cəmiyyətindən, vətəndaşlardan məlumat alırlar, müxalifəti, müstəqil və hakimiyyətə yaxın mətbuatı izləyirlər. Aydındır, ancaq bu bir elementdir, məlumatın bir mənbəyidir. Eyni zamanda axı Avropa Parlamenti və yaxud Avropa Birliyi Qeyri-Hökümət Təşkilatı deyil. Avropa Parlamenti deputatların qurumudur, Avropa Birliyi də hökümətdir. Deməli, onlar hər hansı hadisə, proseslə bağlı öz tərəfdaşlarından da məlumat almalıdırlar. Axı Qeyri-Hökümət Təşkilatı deyil ki, təkcə Qeyri-Hökümət Təşkilatından alsınlar məlumatları...

Yaxud onlar media orqanı deyil ki, bir mediadan məlumat alsınlar. Bütün bunlar mənbədir. Etibarlı mənbədir. Amma o informasiya yalnış da ola bilər. Ona görə tərəfdaşlardan da məlumat almalıdırlar. Niyə almırlar. bizim başa düşmədiyimiz budur. Biz də Avropöa Birliyinə üzv olan ölkələrdə çoxlu hadisələri müşahidə edirik. Misal üçün, İtaliya, Almaniya, Yunanıstan, İspaniya və s. ölklərdə sosial problemlərlə bağlı ixtişaşlar olub. Bu ixtişaşlar zamanı polis qeyri-adekvat davranıb. Bu hadisələr baş verib, media yazıb, göstərib. Amma biz təkcə ona istinad edib, bəyanatlar vermirik, axı...

Ümid edirik ki, onlar hüquqi dövlətdir, hüquqi mexanizm, prosedurlar var, hansısa pozuntu olsa, yəqin araşdırılacaq, ona görə bir qədər bu işə dözümlə yanaşırıq. Demək istəyirəm ki, bu əməkdaşlığın axı tərəfdaşlığı da var. Avropa Birliyinin və Avropa Parlamentinin Azərbaycanda tərəfdaşları var. Rəsmi dövlət orqanları, parlament, hökümət və s. Ona görə, bu cür ciddi təşkilatlar öz qərarlarına da gərək ciddi yanaşsınlar, çünki bu qərarlar tarixdə qalır. Avroplalılar anlamalıdırlar ki, biz bütün təzyiqlərə baxmayaraq, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayırıq, bununla bağlı bizə çox ciddi təzyiqlər olur, müxtəlif geopolitik maraqlar var. Amma biz o məsələrdə çox cəsarətli, müstəqilik.

Təəssüf ki, Avropa Azərbaycanın ərazi bütövlüyünün pozulmasına Gürcüstanın ərazi bütövlüyünü pozulması ilə bağlı göstərdiyi cəsarəti, qətiyyəti və obyektivliyi nümayiş etdirmir. Biz onlara göstərdiyimiz münasibətə adekvat münasibət görmürük. Eyni zamanda qeyd edim ki, bizim hansısa bir təşkilatlara xüsusi ehtiyacımız yoxdur. Biz dəyərləri üstün tuturuq. Biz onlara həmişə sadiqiq, bu, bizim bir seçimizdir. Ona görə bizim avroplı həmkarlarımız gərək öz qərarlarında öz fikirlərini həmişə korrektə etsinlər.

- Əməkdaşlıq belə nəticəi verirsə, bundan sonra hansı addımlıar atıla bilər?

- Bu cür əsası olmayan bəyanatlar verməkdənsə, real işlərə keçmək lazımdır. Avropa Birliyi bu və ya digər formada müəyyən vəsaitlər ayırır. Vizaların sadələşdirilməsi ilə bağlı ciddi işlər görmək lazımdır. Bu işlə bağlı Gürcüstanda işlər daha uğurla gedir. Azərbaycan cəmiyyəti gəncinin, qanunvericliyinin, mediasının Avropaya interqasiyası ilə bağlı real işlər görməlidir. Bizim vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri Avropaya gediş-gəliş, viza ilə bağlı ciddi problemlərə malikdir. Nədir, axı bu inteqrasiya?

İlk növbədə rahat bir kommunikasiya üçün, yəni bu gün Avropa Birliyinin buradakı rəsmilərinin üzərinə, Avropa Birliyinin oradakı rəsmilərinin də üzərinə çox ciddi vəzifələr düşür. Onlar yaxşı olar ki, bu vəzifələri yerinə yetirməklə məşğul olsunlar, nəinki hansısa siyasi bəyanatlar verməkləl. O siyasi bəyanatları vermək asandır, onu biz də edə bilərik. Ən çətini real iş görməkdir. Real iş görən isə Azərbaycan dövlətidir, prezidenti, parlamenti, hökümətidir. Baxın, görün biz bu sahədə nə qədər işlər görmüşük. İndi mən məcburam deyəm, Azərbaycan qanunvericliyinin Avropa İttifaqı qanunvericilıiyi ilə uyğunlaşadırılması işini biz həyata keçiririk.

Təəssüf ki, biz burada Avropa qurumlardan bəhrələnməliyik. Ancaq onlar bu məsələdə görünmürlər. Bu cür yanlış qətnamələrin qəbul olunmasının səbəbi Avropa Parlamentinin özüdür. Biz bütün müzakirələr, bütün məlumatlar üçün açığıq. Hansısa xırda hadisələri şişirtmək lazım deyil.

- “Azərbaycan-İran məsələsində problem yaradılır” dediniz. Ümumiyyətlə, bu qətnamənin, müsahibənin arxasında başqa daha nələr hiss olunur?

- Mən politoloq deyiləm və çox ehtiyatla bu məsələləri şərh edə bilərəm. Deyə bilərəm ki, Azərbaycanın regionda oynadığı rol xüsusidir və bizim siyasətimizi dəyərləndirən başlıca məqam açıqlıqdır. Bizim heç nəyə iddiamız yoxdur. Yəni regionda baş verən proseslərlə bağlı bizdə heç zaman mənfi iddialar yoxdur, amma siyasətəmiz çox açıqdır. Azərbaycan bölgədə həyata keçirilə bilən və yaxud da hansısa bir mərkəzlərin istədiyi qondarma proseslərin iştirakçısı ola bilməz. Bizim münasibətlərimiz açıqdır, eyni zamanda onlar region dövlətləri üçün də açıqdır. Bizim regionda problemimiz olan Ermənistandır, onun işğalçı siyasətidir. Regiondakı qalan dövlətlərlə səmərəli, açıq, dost, rəsmi, qonşuluq münasibələtləri var və bu münasibətlərə heç kim kölgə sala bilməz.

- Bu qətnamədə Azərbaycanın Rusiya ilə yaxınlığı da faktor ola bilərmi?

- Əgər bu səbəbdirsə, yeri gəlmişkən, Rusiya ilə bağlı deyə bilərəm. Birincisi, mən hesab edirəm ki, Rusiyada baş vermiş sonuncu seçkilərə də Avropanın qurumlarının reaskiyası adekvat olmayıb. Bəli, istənilən seçkidə pozuntular da baş verə bilər. Amma baxın Rusiyada bununla bağlı fərqli fikir var idi. O fərqli fikir eşidildi, mətbuatda da eşidildi. Onların mətbuatlarında, elektron mətbuatda insanlar birləşmək və azadlıq hüququndan istifadə etdilər, yəni mitinqlər, piketlər keçirdilər və bunun üçün də şərait var idi. Bu demokratiyanın göstəricisidir. Bu fərqli fikir öz əksini tapdı. Əlbəttə, hansısa bir seçkidən sonra mübahisələr də olur, amma onun da araşdırılmasının mexanizmi var. Bu barədə Rusiyanın rəhbərliyi də müvafiq tapşırıqlar verib. Amma bu cür hadisələr Avropanın bütün ölkələrində baş verir. Avropada baş verən seçkilərdən bütün tərəflər razı qalırmı? Yaxud ABŞ-da keçirilən seçkilərdən...

Amma biz burada onu müşahidə etdik ki, insanlar orada öz fikirlərini ifadə etdilər. İndi orada baş vermiş hadisəyə, demokratik prosesə verilən reaskiyalara baxın. Təəssüf ki, bəzən Azərbaycanda, xüsusən Avropada da belə politoloqlar tapılır. Guya Rusiyada hansısa başqa hadisələr baş verə bilər. Bunlar hamısı regionu, ölkələrin tarixini, mədəniyyətini bilməməkdən irəli gələn bir şeylərdir. Rusiyada baş vermiş proseslərlə ərəb ölkələrində baş verən hadisələri müqayisə etmək çox gülüncdür. Birincisi Rusiya dünyanın, o cümlədən regionun ən güclü dövlətlərindən biridir. Bütün bu problemlərə baxmayaraq, onların iqtisadi durumu da indi çox yaxşıdır. Ancaq çox gülünc görünür Avropanın, hətta ABŞ-ın indiki iqtisadi durumu, o durum ki, dövlət borclarından ibarətdir. Rusiya ilə bağlı siyasi bəyanatların verilməsinə gəlincə, sizi inandırıram, bu bəyanatlar ayrı-ayrı mərkəzlərdən verilir.

Əgər siz Avropanın iş adamları, siyasiləri ilə başqa formatda da təmasda olsanız, görərsiniz onların çoxu bu fikirdə deyil. Yəni bir daha vurğulamaq istəyirəm ki, Avropa Parlamentinin və yaxud ATƏT-in hər hansı bir qətnaməsi, qərarı bu, hələ Avropa dövlətinin, ailəsinin, ictimaiyyətinin və yaxud da orada yaşayan xalqların fikri demək deyil. Bəzən bu fikirlər bir qrup hansısa siyasi marağın kağız üzərində olan ifadəsidir. Yəni o reallıq deyil.

- Deyirsiniz ki, birliyə üzv olan ölkələrin iradəsindən kənar hansısa mərkəz Azərbaycanla bağlı bu cür qətnamə qəbul etmək iqtidarındadır?

- Təəssüf olsun elə bir mexanizmlər mövcuddur ki, bəzən belə qətnamələri müəyyən dairələr qəbul edir. Sizi maraqlandırmır ki, Avropa Birliyi, Avropa Parlamenti kimi mötəbər təşkilatlar Belarusla bağlı bu qədər bəyanatlar, proqnozlar verdilər, amma onların heç biri düzgün çıxmadı, orada heç nə baş vermədi. Belarus inkişaf edir və bir çox sahələrdə Avropa Birliyinə üzv ölkələrdən yaxşı inkişaf edir. Onda bu qətnamələr nəyə söykənmişdi, reallığa yoxsa virtual məkana? Təbii ki, virtual məkana. Rusiya ilə də həmin hadisələr baş verir.

Heç şübhəm yoxdur ki, Rusiya stabil, güclü ölkə kimi bundan sonra da inkişaf edəcək, Rusiyanın gələcəyi ilə bağlı ayrı-ayrı politoloqların verdiyi hansısa proqnozları absurddur. Mən politoloq deyiləm. Amma mən Belarusla bağlı bir müddət öncə açıqlamalar vermişdim. Onların hamısı doğru çıxdı. Rusiya ilə də bağlı deyim, zaman gələr, görərsiniz ki, o regionun ən güclü dövləti olaraq qalacaq. Azərbaycan-Rusiya münasəbətləri də dost münasibətləridir, qonşuluq münasibətləridir. Bizim aramızda heç bir xüsusi problem mövcud deyil. 100 minlərlə soydaşımız Rusiyada yaşayır, işləyir, oranın aktiv vətandaşlarıdır. Biz də, orada yaşayan azərbaycanlılar da stabil Rusiya üçün maraqlıyıq. Rusiyanın qeyri-stabil olması ilə bağlı da heç bir ciddi məlumatlar yoxdur. Yəni Avropa Parlamentinin və yaxud da digər qurumun verdiyi bəyanatlar reallığa söykənmir.

- Səfir Azərbaycan Ədliyyə Nazirliyində islahatlar üçün ayrılan vəsaitdən də danışıb. Bu layihədən xəbəriniz varmı?

- Mənim bu layihədən məlumatım var. Biz Məhkəmə-Hüquq Şurasında da, Ədliyyə Nazirliyində də görüşlər keçirmişdik. Avropa Birliyi həyata keçirdiyi layihə ilə bağlı müəyyən vəsait də ayırıb. Amma təəssüf olsun ki, o görüş zamanı biz onu gördük ki, Avropa Birliyinin bu sahə ilə məşğul olan şəxsləri hələ kifayət qədər məlumatlı deyil. Bizim məhkəmə-hüquq islahatları sahəsində həyata keçirdiyimiz məsələlər var, saytımız var, həmin ekspertlər heç bizim qanunvericliyimizi axıra qədər öyrənməmişdilər.

Bu gün Avropa, Dünya Bankı ilə əməkdaşlıq nəticəsində yeni məhkəmə binaları tikilir, onlara da vəsait ayrılır və bu proses Azərbaycan məhkəmə sistemi, Məhkəmə-Hüquq Şurası ilə birlikdə həyata keçirilir. Əgər Avropa Birliyi hər hansı sahədə əməkdaşlıq etmək istəyirsə, ilk növbədə o sahəyə cavabdeh olanlarla bunu müzakirə etməlidir və bütün layihələr cavabdeh Azərbaycan dövlət orqanı ilə birgə həyata keçirilməlidir. Onda bu işlərin nəticəsi olacaq, əks təqdirdə, bu imitasiyadır. Hansısa Qeyri-Hökümət Təşkilatı tapılır, vəsait ona köçürülür, sonra hansısa layihə həyata keçirilir və onun da heç bir nəticəsi olmur. Onun nə Azərbaycan cəmiyyətinə, nə də dövlətinə xeyir var.

- Azərbaycanlı deputalar beynəlxalq qurumlarda ayrı-ayrı məsələlərlə bağlı məruzəçi olubmu? Maraqlıdır ki, olublarsa, hansısa ölkəni təhdid edən məruzə hazırlayıblarmı?

- Təbii məruzəçilər olur. Məsələn, mən “Avropa İtifaqı ölkələrində demokratiyanın gələcəyi: eləcə də azad və müstəqil media ilə bağlı problemlər" mövzusunda AVRONEST-də məruzəçiyəm. Biz neçə çalışmalıyılq? Əlbəttə ki, mediadan, vətəndaş cəmiyyətindən məlumatlar toplayırıq. Amma eyni zamanda hər hansı bir narahatçılıqla bağlı Avropa Birliyinin, Avropa Birliyinə üzv ölkələrindən də rəsmi məlumat aldıqda onu hesabatda yerləşdirəcəyik. Məsələn, Macarıstanda medianın vəziyyəti ilə bağlı narahatçılıq var idi, onlar bir qanun qəbul etmişdilər və orada senzura elementləri var idi. Məsələyə Avropa Birliyinin reaskiyası oldu. Əgər o məsələ hesabatda öz əksini taparsa, biz Macarastan hökümətinin və yaxud müvafiq qurumunun bu məsələ ilə bağlı münasibətini öyrənib əks etdirməliyik. Hesabatlar heç zaman birtərəfli olmalı deyil. Orada mütləq rəsmi tərəfində fikrini öyrənmək lazımdır ki, balanslaşmış və obyektiv olsun. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnaməsində tamam başqa istiqamət götürüb. Hesab edirəm bu cür yanaşmaların nəticəsidir ki, qurum daxilində ciddi problrmlər yaranıb. Fransa narazılara minnətçi düşüb.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov 2 Oktyabr 2020, 00:56 COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır 2 Oktyabr 2020, 00:41 “Qarabağ” qələbəsini əsgər salamı ilə qeyd etdi 2 Oktyabr 2020, 00:27 Türkiyədən Azərbaycana dəstək davam edir 2 Oktyabr 2020, 00:21 Xocavəndin işğalından 28 il ötür 2 Oktyabr 2020, 00:06 Cəbhə gündəliyi: 1 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR 1 Oktyabr 2020, 23:57 Türkiyədə daha 67 nəfər koronavirusdan öldü 1 Oktyabr 2020, 23:43 “Qarabağ”dan möhtəşəm qələbə - 7-ci dəfə AvroLiqanın qrup mərhələsində... 1 Oktyabr 2020, 23:27 Ermənistan qırıcıları Azərbaycan sərhədində 1 Oktyabr 2020, 23:18 Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək 1 Oktyabr 2020, 23:06 "Guardian" nəşrinin Qarabağla bağlı yazısına cavab verildi 1 Oktyabr 2020, 22:54 “Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir” – Rəsmi Moskva 1 Oktyabr 2020, 22:47 Azay Quliyev “Əl-Cəzirə” televiziyasına müsahibə verib - VİDEO 1 Oktyabr 2020, 22:37 Sabiq müdafiə naziri: “Hazırda cəbhədə mövqe döyüşləri gedir” 1 Oktyabr 2020, 22:30 Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar 1 Oktyabr 2020, 22:13 Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT 1 Oktyabr 2020, 21:45 Düşmənin 4 gündə itirdiyi texnikanın QİYMƏTİ 1 Oktyabr 2020, 21:32 Ermənistan İsraildəki səfirini geri çağırdı 1 Oktyabr 2020, 21:26 Azərbaycan nefti bahalaşıb 1 Oktyabr 2020, 21:18 Ceyhun Bayramovun Luici Di Maio ilə telefon danışığı olub 1 Oktyabr 2020, 21:09 Müdafiə Nazirliyi hərbi attaşelərə və beynəlxalq təşkilatlara düşmənin təxribatından DANIŞDI 1 Oktyabr 2020, 20:45 “Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır” - Tural Gəncəliyev  1 Oktyabr 2020, 20:35 Rusiyanın baş prokuroru Qarabağ münaqişəsinin  BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyir 1 Oktyabr 2020, 20:26 Ceyhun Bayramov səfirlə görüşüb -FOTO 1 Oktyabr 2020, 20:18 Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb 1 Oktyabr 2020, 20:10 Ukraynada Mixeil Saakaşviliyə hücum edildi 1 Oktyabr 2020, 20:04 Müdafiə Nazirliyi: Döyüş bayrağını qoruya bilməyən Ordunun iki yolu var 1 Oktyabr 2020, 20:00 Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO 1 Oktyabr 2020, 19:50 Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi 1 Oktyabr 2020, 19:40 Əgər belə bir vaxtda da birlik nümayiş etdirmirlərsə... 1 Oktyabr 2020, 19:33 Düşmənin 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil məhv edilib - Müdafiə Nazirliyi 1 Oktyabr 2020, 19:25 Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir 1 Oktyabr 2020, 19:17 Eskişehirspor futbol klubundan Azərbaycana dəstək 1 Oktyabr 2020, 19:10 Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK 1 Oktyabr 2020, 19:03 Təhsil Nazirliyi: Düşmən təxribatı nəticəsində iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağılıb 1 Oktyabr 2020, 18:56