Arxiv
23 mart 2019, 10:54 | DİASPOR
Amerikanın azərbaycanlı müəllimi

Evi sanki balaca bir Azərbaycandır. Üçrəngli bayrağımızdan tutmuş, rəsmlərə, süvenirlərə kimi vətənimizi tərənnüm edən hər nə desən burada qarşına çıxacaq. Mətbəxində daim milli təamlarımızı hazırladığına görə evin qoxusu da adama doğma gəlir. Sanki Amerikada yox, elə Azərbaycandasan. Bəli, o, özünə burada balaca bir vətən yarada bilib...

Haqında söhbət açdığım Gülnarə xanım Əliyeva Bakıda dünyaya gəlib. 1978-ci ildə 60 nömrəli orta məktəbi bitirərək, indiki Bakı Musiqi Kollecinə qəbul olunub. 1982-ci ildə oranı piano müəllimi ixtisası ilə başa vurub. 1983-cü ildə ailə qurduğundan bir il heç yerdə işləməyib.

1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə hərəkəti kafedrasında konsertmestr vəzifəsinə təyin olunub. Orada çalışa-çalışa 1992-1998-ci ilərdə həmin universitetin qiyabi şöbəsində ali təhsil alıb və oranı bitirən kimi Amerikaya köçüblər. Buraya gəldikdən sonra on il uşaq bağçasında tərbiyəçi-müəllim işləyib. 2008-ci ildə tələb olunan imtahanları verdikdən sonra Azərbaycandan gətirdiyi ali təhsil diplomunu təsdiq etdirib. Elə o vaxtdan da ibtidai məktəbdə əcnəbi şagirdlərə ingilis dilindən dərs deyir. Bununla yanaşı,  evində piano kursları açaraq amerikalı yeniyetmələrə bu musiqi alətinin sirlərini öyrədir. Ara-sıra özü də musiqi bəstələyir. Bu artıq onun xobbisinə çevrilib...

…Ömür-gün yoldaşı Fərhad Əliyev ixtisasca həkimdir. Hazırda hospitallardan birində UZİ həkimi işləyir. İki övladı var- Aydın və Günay xanım. Hər ikisi ali təhsillidir. Aydın Hollivudda yaşayıb çalışır, prodüserdir, öz musiqi studiyası var. Günay xanım isə tibbi cihazların satışı üzrə bizneslə məşğul olur. Hər ikisi bir sıra xarici dillərlə yanaşı, Azərbaycan dilində də mükəmməl danışa bilirlər…

Deyir ki, - "Amerikaya gənclər gəlsə daha yaxşı olar. Onlar yaşlı adamlara nisbətən buraya tez uyğunlaşırlar. İngilis dilini bilmədən, Amerika təhsili almadan burada çox çətin olur. Saatı on-on beş dollara işləməklə heç bir nəticə əldə etmək mümkün deyil. Gərək yaxşı yerdə işləyəsən ki, rahat yaşaya biləsən"…

Azərbaycanı canı qədər əziz bilir, fəxr edir ki, azərbaycanlıdır. Çikaqoda ölkəmizlə bağlı keçirilən tədbirlərin əksəriyyətinin iştirakçısı olub. Vaxtaşırı Bakıya getməsə, özünü narahat hiss edir. Arzularını dilə gətirib söyləyir ki,- "Övladlarım yüksək təhsilə yiyələnib, necə deyərlər, hər birinin işi-gücü var. Bircə qalıb onların toyunu görmək və nəvə-nəticə sahibi olmaq"…

Bəli, bir ana kimi azərbaycanlı anaları uzaq ölkədə təmsil edən bu mehriban, gülərüzlü xanımı dinlədikcə, Amerikaya gələndə arxamca su atan öz anam yadıma düşdü. Allah bütün Azərbaycan analarını arzularına çatdırsın və övladlarının xoş günlərini görməyi onlara nəsib etsin!..


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45