Modern.az

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

23 Mart 2019, 11:28

Amerika kəşfiyyatının hesabatları ilə tanış olan mənbələr bildirir ki, Rusiyanın 20 hipersəs raketi bu yaxınlarda poliqonlara yerləşdirilib.

 

Modern.az saytının CNBC-yə istinadən məlumatına görə, mənbələr bəyan ediblər ki, ABŞ həmin raketlərdən müdafiə olunmaq qabiliyyətində deyil.

Səsdən sürətli raketlərin yaradılması Kremlin hərbi proqram və strategiyasında əsas xətlərdən birini tutur.

 

“Bu sübut edir ki, onlar bu silahlar üzərində işləri başa çatdırmağa çalışırlar. Kreml bu proqramı prioritet edib. Ruslar bildiriblər ki, raketin konstruksiyası bütövlükdə qaydasındadır və onu daha da mükəmməl etmək üçün raketlərin sınaqlarına fokuslanacaqlar” – Bunu anonim mənbə bildirib.

 

Rusiya “Kinjal” hipersəs raketlərini ötən ilin iyulunda sınaqdan keçirib. Sınaqların gedişatında “Kinjal” 800 kilometr məsafədəki hədəfi müvəffəqiyyətlə vurub.

 

Amerika kəşfiyyatının başqa bir məruzəsinə əsasən, Rusiya AN-31 qırıcı təyyarələrindən 12 dəfə “Kinjal” buraxıb. Hazırda Rusiya strateji bombardmançı təyyarələrdə bu silahları necə yerləşdirməyin üsullarını axtarır.

 

Planlaşdırılır ki, “Kinjal” 2020-ci ildə silahlanmaya daxil ediləcək.

Rusiya ilə Amerikanın qızğın silahlanma yarışına girməsi növbəti dünya müharibəsinə hazırlıq kimi qiymətləndirilir.

 

Rusiya isə Qərbin sanksiyalarına iqtisadi sahədə deyil, hərbi sferada cavab vermək niyyətindədir. Bu baxımdan Rusiyanın arsenalında olan silahların gücü, texniki parametləri daha üstün kimi qiymətləndirilir.

 

Bəzi ekspertlər isə düşünür ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin fantastik silahlara malik olmasını deməklə, blef edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi