Modern.az

Moskva xatirələri - III HİSSƏ  

Moskva xatirələri - III HİSSƏ  

Ədəbi̇yyat

23 Mart 2019, 12:33

Cəlaləddin Qasımov


Əvvəli burada


- Sən öz oxuduğun instituta get maraqlan, bizimkilər artıq səni qov­dur­­mağa qərar verdilər. İnstitutdan qovulan kimi, sən Moskva qey­diy­­yatından çıxarılacaqsan və həmən deportasiya ediləcəksən.

 Lenadan ayrılıb MİU-nə gəldim. Öyrəndim ki, birinci kursun bi­rin­­ci semestr imtahanları başlayıb. Tələbə yoldaşlarımla görüş­düm. Qrup nümayəndəsi mənə dedi:

- Sən əyani oxuyursan, yoxsa qiyabi?
Məni elanlar vu­ru­­lan lövhənin qarşısına gətirdi. Lövhədə yazılanı göstərib dedi:

 - Bax, sən institutdan xaric olunmusan, yüz altmış saat dərs burax­dı­ğına gö­­rə, dekanatlıq bu gün üç dəfə səni soruşub. Sənə axırıncı xəbər­dar­­lıq edilmişdi...

 Mən de­ka­natlığa getdim. Orada mənim yaşadığım ünvanı istəyib de­dilər:

 - Sən hansı ünvanda qalırsan, biz səninlə necə əlaqə saxlayaq?

  Dekana dedim:

- Məni institutdan xaric etmisiz, indən sonra mənimlə əlaqəyə nə eh­tiyac var?

  Dekan:

- Polis maraqlanır, sənin yaşadığın ünvanı istəyirlər.

 Ünvanı bilmədiyimdən:

- Ünvanı mən özüm də bilmirəm, amma göstərə bilərəm.
Sonra mən çıxıb MQU-ya gəldim ki, Lena ilə görüşüm.

 Lena dərsdən çıxırdı. Onunla rastlaşdım.

- Nə xəbər? Necə oldu? – deyə soruşdu.

- Məni institutdan xaric ediblər. Üstəlik də ünvanımı sorışurdular ki, polislər istəyir, məni deportasiya etmək istəyirlər.

 Lena qəmgin halda:

- Mən anama dedim, amma o, inanmadı. Onda qəti fikrimi bildir­dim ki, Cəlalı deportasiya etsələr, elə bilin məni də deportasiya edib­­­­­lər. Deyəsən, yenə inanmayıblar. Mən səndən tez gedəcəm Ba­kı­­­ya. Səni deportasiya edənlər özləri sənədlərini ləğv edəcəklər, am­­­ma məni bir ara görməyəcəksən. Məndən nigaran qalma, zən­gi­mi gözləyərsən. Zəng vurub yerimi deyəcəm. Həm də sənin ün­van­ını bilirəm, - Tovuz rayonu, Oktyabr küçəsi 19, - bir az ara ve­rib za­rafatla sözünə davam etdi, - ya da ad günündə konfet, şo­kolad alıb göndərərəm, bilirəm hansıları xoşlayırsan. Qardaşının da ad gü­nünü bilirəm, şirniyyat mağazası və poçt da bizim evin ya­xın­lı­ğın­dadır.
Lena məndən ayrılıb getdi.

Evə gələndə dayım Hafiz: - hardasan? Niyə gec gəldin? Yenə nə işlər görürsən? Bax, evə zəng vuranda deyəcəm ki, evə gec gəlir, nə işlə məşğul olduğunu bil­mi­rəm, - deyə, məni sorğu-suala tutdu.

 Dayıma dedim:

- Mən də atama deyəcəm ki, Hafiz dayım heç mə­nim institutun ye­ri­ni bilmir, gələndən evdən çıxmayıb, bir-iki dəfə mə­nimlə ki­no­teat­ra gedib.

 Dayım Hafiz hiddətlənərək:

- Yaxşı, onda vaxtında gəl evə, mən heç nə deməyəcəm. Sən də heç nə demə, - dedi.

 Hər axşam olduğu kimi, gecə saat on ikidən sonra anamla, atamla da­­­nı­­şır­dım. Dərslərimi yeyib-içməyimi, pulumun olub-olmadığını so­­­­ruşdular. Mən vəziyyətimin də, dərslərimin də yaxşı olduğunu bil­­­dirdim. Sonra bacım və qardaşımla da danışdım. Azərbaycan ra­yon­­ları ilə o vaxt telefonla əlaqə saxlamaq gecə saat on ikidən son­ra mümkün idi. Hər gün gecə valideynlərim mənimlə telefon əla­qə­si saxlayandan sonra yatırdılar. Mənim göndərdiyim bağlamalar da çat­mışdı. Dediyim kimi, birinci bağlamanı saxlayıb, ikincini aç­mış­dı­lar. Qardaşım da ad günü açıqcasını almışdı. O, məndən so­ruşdu:

 - Lena kimdir? O, da mənə açıqca yazıb, məni təbrik edib.

 Ona dedim:

 - Tələbə yoldaşımdır.

 Atam bildirdi ki, birinci semestrdə gələcəklər mənin yanıma.

 Səhərisi günü Lena mənə bildirdi:

- Sənin deportasiya edilməyin haqqında qərar verilib. Biz ikimiz də getməliyik.

 Elə həmin gün axşam Domodedovo hava limanında Lena ilə görüş tə­­yin etdik. Evə gəlib paltarlarımı, əşyalarımı çantaya yığıb hazır­laş­­­dım. Dayıma hara hazırlaşdığımı soruşduqda dedim:

- İnstitutdan bir həftəlik bizi təcrübə keçməyə göndərirlər, ola bilsin ki, bir az çox çəkdi, - dedim və hava limanına gəldim. Lena ilə gö­rüş­dük. Bakıya olan təyyarə uçmuşdu. Leninqarada reys olduğunu so­ruş­­duq. Dedilər ki, Seremetyevo hava limanına getməlisiniz. Onda mən indi hara reys olduğunu soruşdum. Bir saatdan sonra Tallinə uçuş olacağını bildirdilər. İki bilet aldim və biz Tallinə gəldik. Şə­hə­­ri gəzdik, üç gündən sonra biz Leninqrada (indiki Peterburqa)  get­­dik. Orada da üç gün qalandan sonra Bakıya gəldik. Lena ilə İçə­­rişəhəri, Qız qalasını gəzdik.

Günü-gündən bir-birimizə daha çox alışırdıq. Eyni zamanda ara­mız­da olan sevgi-məhəbbət də dərinləşir, daha sıx bağlanırdıq. Elə dü­şünürdük ki, bundan sonra ayrı yaşaya bilmərik.

Bir gündən sonra Lenanı məcbur etdim ki, evlərinə zəng vursun. O, sözümdən çıxmırdı, amma məndən xahiş etdi ki, buna görə onu məc­bur etməyim. Onda Lenaya bildirdim:

- Zəng vurmasan səni axtaracaqlar. Anan da qaldığım evin telefon nöm­­rəsini bilir. Dayımı tapacaqlar və o, bilsə ki, mən institutdan qo­­­­vulmuşam atama deyəcək.
Bu sözlərdən sonra Lena evlərinə zəng vurmağa razılıq verdi.  Anası ağlaya-ağlaya Lenadan soruşdu:

- Sən hardasan Lena?

Lena:

- Məni siz deportasiya etdirmisiz, indi Bakidayam.

 Anası ağlamağını saxlaya bilməyərək:

- Evinə qayıt, qızım. Hər şeyi oduğu kimi yenidən başlayın, biz qa­rış­mayacağıq. Düşünmürdük ki, siz bir-birinizi belə sevirsiniz. Sən ev­­dən qaça bilməzsən. Evə qayıt. Cəlalın deportasiyası dayanıbdır, in­s­tituta da bərpa olunacaqdır. Söz verirəm. Hər ikinizin imtahanla­rınız başlayıbdır, gəlməsəniz ikiniz də kursda qalacaqsınız. Cəlalın dayısı da bizdədir, istəyirsən onunla danış.
Lena anasının de­diklərini mənə söyləyib sonda dedi:

- Dayın bizdədir, indi telefondadır.

 Tez dayım Hafizdən soruşdum:

- Dayı, atama deməmisən ki, mən institutdan qovulmuşam?

Dayım Hafiz:

- Yox, deməmişəm. Sən institutdan qovulmusan ki? Sən nə vaxt qo­vulmusan? Camaatın qızını hara aparmısan? Başqası olsaydı bi­zim başımıza oyun açardı. Tez gəl Moskvaya, qızı da gətir, eşi­dir­sən, yoxsa atana deyəcəyəm ki, Bakıdadır, semestr imtahanları baş­la­yıb, sən isə qızı da götürüb aradan çıxmısan. İm­ta­han­la­rı­nı ver­məsən institutdan qovulcaqsan, atan bilsə, ikimizin də başına oyun açacaq. Səni bilmirəm, mən qorxuram. Atan da gəlməlidir Mosk­va­ya. Sən ondan tez gəl.

 Sonra telefonu Lenanın atası götürüb mənə dedi:

- Səninlə kişi söhbəti edirəm. Hər şey olduğu kimi qalacaq. Biz bilməzdik ki, siz bir-birinizi belə sevirsiniz. Qızım sənə görə ata-anasına qarşı çıxdı. Qayıdıb gəlin, biz bir də bu məsələyə qarış­ma­ya­ca­ğıq, amma institutu bitirməyənədək evlənmək yoxdur. İstəsən ni­şan­lana bilərsiniz.

 Mən:

- Oldu, gəlirik, amma dayım bilməsin ki, institutdan qovulmuşam, -te­lefon dəstəyini asıb Lenaya, - başqa yolumuz yoxdur, biz istə­di­yi­mi­zə nail olduq, - dedim.

Lena sözümdən çıxmadı. Biz Moskvaya gəldik. Onların evində qo­naq qaldım. Atası dürüstlüyümə, Lenaya qarşı münasibətimə görə mənə dedi:

- Sənə verdiyim sözün yüstdə duracağam, Lenanı instituta aparıb-gə­tirəcəksən. Amma onda özün dərslərdə necə iştirak edəcəksən?

- Mən institutdan qovulmuşam axı, - dedim.

 Onlar bizim işimizə, görüşməyimizə qarışmadılar. Ancaq axşam saat altıda Lena evdə olmalıdır deyə, aramızda razılaşdıq. Eyni za­man­da instituta bərpa işimə çalışsalar da, mümkün olmadı. Lenanın va­lideynlərinə dedim ki, növbəti ili instituta yenidən qəbul olaca­ğam, siz narahat olmayın. Lena isə müvəffəqiyyətləri verib imta­hanlara hazırlaşırdı. Mən də Lenaya baş çəkir, onu dərsdən sonra evə, hərdən isə kitabxanaya aparırdım. İnstitutdan qovulmağım ba­rə­də heç kim bilmirdi, heç dayım da. O, axşamlar on ikidən sonra va­lideynlərimə zəng vurur, hər işin qaydasında olduğunu deyirdi.   Bu gün yenə də zəng gəldi, atam dedi:

- Sabah anan, qardaşın, bacınla Moskvaya gəlirik.

Tezdən MİU-ya getdim. Dayım atamgili qarşılayıb birbaşa ora gə­tir­di. Məni institutun qarşısında gözləyirdilər. İnsti­tut­dan çıxıb on­larla görüşdüm. Sonra evə gəldik. Atam dərslərimlə, im­­tahanla­rım­la maraqlandı, qiymət kitabçasını istədi. Yalandan dedim:

- Məşğələləri vermişəm, imtahanlardan biri qalıb.

Qiymət kitabçasını aparıb Lenaya yazdırdım. İmtahan və məşğə­lə­lə­rin verilməsinə saxta qol çəkdik. Sonra da atama göstərdim. Atam bizi restorana gətirib qonaqlıq verdi.

Atam dedi:

- Hafiz heç institutun yerini tanımırdı. O, səni hər gün instituta necə aparırdı? Hafiz, sən elə bil mənim kimi birinci dəfədir ki, instituta gedirdin.

Mən tez müdaxilə edib dedim:

- Dayımla instituta metro ilə gedirik. O, taksi ilə getməyib ki, yolu tanısın.

Qardaşım isə aralığa salıb sakitcə məndən soruşdu:

- Mənə ad günümdə açıqca yazan Lena kimdir? Demişdin görüşən­də deyəcəm.  

Mən:

- Səni tanış edəcəm, amma heç kimə bu barədə deməyərsən.

 Atam dedi:

- Axşam mərkəzə gedərik, şəhəri gəzib, sonra da restoranda şam edə­rik.

 İmkan tapıb Lenaya zəng vurub bu barədə ona bildirdim. Lena de­di: - Biz də axşam ailəlikcə evimizin yaxınlığındaki restorana ge­­dəcəyik, siz də ora gəlsəniz, uzaqdan da olsa, ailənizi görərdim.


Valideynlərimlə birlikdə şəhərə çıxdıq, bir az gəzdikdən sonra Tvers­­­koy küçəsində yerləşən restorana gəldik. Lena da valideynləri ilə restoranda idi. Biz onların stolu ilə üzbəüz oturduq. Lenanın va­li­­­deynləri məni tanıdı. Mən ailəmin yanında onlarla görüşə bil­mə­dim. Bir azdan atam restoranın telefonundan zəng edib qohumu, aka­­­­­demik Saxraddin Abbasoviçi restorana dəvət etmək üçün ge­dən­­də, mən Lenanın ailəsi  əyləşədiyi stola yaxınlaşaraq onun atası, ana­­sı ilə görüşdüm, qardaşımı onlarla tanış etdim. Qardaşıma de­dim:

- Bax, Lena budur, tanış ol.

Valideynlərim gəlib deyə, onlardan icazə istəyərək öz stoluma keç­dim. Qardaşıma Lenanın tələbə yoldaşım olduğunu dedim.

Az keçmədən atamın qohumu da gəldi. Bizimlə əyləşdi və söhbət əs­nasında atam özlərini həkimə yoxlatmaq istədiyini bildirib dos­tun­dan xahiş etdi ki, onları savadlı həkimin qəbuluna aparsın. Ata­mın qohumu da sabaha vaxt təyin etdi ki, onları həkim nəzarə­tin­dən keçirsin.

 Biz stoldan duranda mən Lena əyləşən stola yaxın­laşa­raq, onun va­­lideynləri ilə görüşüb ayrılmaq istədim. Lenanın anası soruşdu:

- Bu da təsadüfi görüşdü?

Dedim:

- Bəli, bu da təsadüfi görüşdür.


Sonuncu imtahanın vaxtını atama bildirdim. Yenə də MİU-ya get­dim. Atamla institutdan çıxaraq həyətdə görüşdüm. İmtahanı ver­dim, - deyəndə, atam məni təbrik etdi.
Sonra anamla həkimə get­di­lər. Mən qardaşımla şəhəri gəzməyə çıxdım. Ona şəhəri gös­tər­dim. Lena da sonuncu imtahana hazırlaşırdı. Dözə bilməyib şəhərdən ona zəng edib görüşməyimizi bildirdim. Bir az keçmiş Lena gəldi və biz şəhəri yenidən gəzməyə başladıq. Lenanı evlərinə apararkən o, atasının məninlə görüşmək istədiyini bildirdi. Qardaşımla onlara getdim. Lenanın atası bizimlə görüşdükdən sonra soruşdu:

- Sən valideynlərinlə bizi niyə tanış etmədin?

Dedim:

- Onlar da sizin kimi, mənə oxumağı, institutu bitirəcəyimi de­yə­cək­­­­dilər. Onlara yalan danışmışam. MİU-da oxumadığımı atam bil­sə, məni Moskvada qalmağa qoymayacaq, Bakıya aparacaq. Ona gö­­rə də sevgimin xətrinə valideynlərimə yalan danışmışam.

Lenanın atası:

- Bəs sənin fikrin nədir? Nə vaxta kimi valideynlərindən gizlədə­cək­­sən? İnstitutdan qovulmağını deməyəcəksən?

Dedim:

- Gələn il yenidən qəbul olacam, atama deməyəcəm.

 Biz çay içdik. Lena dedi:

- Bəs qardaşın deməyəcək atana?

Dedim:

- Yox, qardaşım deməyəcək. Onu da deyim ki, restoranı mən yox, atam seçmişdi. Bu təsadüf ailəmizi də bir restoranda görüşdürdü.

Lenanın valideynləri məni hörmətlə yola saldılar. Qardaşımla evi­mi­zə gəldik.  

Valideynlərim bir həftə Moskvada qaldı. Bu müddət ərzində onlar hə­kim nəzarətindən keçdilər. Bir gün də atamın qohumu akademik Saxrəddin Abbasoviçin qonağı oldu.

Valideynlərimi Bakiya yola salanda, bir müddət də Moskvada qal­maq üçün atama dedim:

- Bizi institutdan təcrübəyə göndərirlər, bu səbəbdən sizinlə gedə bil­məyəcəm.

 Atam dedi:

- Dərsində möhkəm ol. Bir də qonşumuz Şəmşədinin oğlu demişdi ki, səni keçən ay Bakıda görüb. Bakıda nə gəzirdin?

 Mən də dedim:

- O, Moskvada oxuyur axı, Bakıda deyil. Yəqin şəhərdə görmüşəm de­yib.

Atam:

- Sən tətildə də Moskvada qalacaqsan?

Dedim:

- Təcrübəmiz var, qurtardıqdan sonra gələcəyəm.

 Anam da həmişəki göstərişlərini verdikdən sonra onlarla vidalaşıb yola saldım. Dayım Hafiz də onlarla Bakıya getdi.

Moskvada hava limanında tək qaldım. Lenaya zəng etdim. Telefo­nu anası qaldırıb dedi:

- Lena yoxdu evdə.
Dəstəyi asıb ətrafa baxdım. Gözlərimə inan­ma­­dım. Lena bir az aralıdan mənə baxırdı, amma yaxınlaş­mır­dı. Özüm­­dən asılı olmayaraq, ona yaxınlaşdım. Kədərli olduğunu hiss et­­dim. Bildim ki, məndən inciyib. Ona vəziyyəti izah etdim:

- Səni valideynlərimlə tanış edə bilməzdim, çünki bizdə adət-ənənə başaqadır. Atam bilsə ki, oxumuram, sənə görə istitut­dan qovulmu­şam, o, məni Moskvada qoymyacaq. Məni Bakıya apa­­racaq. Bili­rəm onun xasiyyətini, səni sevdiyimə görə, atama ya­­lan danışmaq məc­­buriyyətində qaldım, - deyib, onun könlünü aldım.

O, üzündə təbəssüm yaradaraq:

- Elə bil­dim mənimlə görüşmədən Bakıya gedəcəksən. Gəlmişdim ki, görüşüm, sonra get, - deyə, kədərlənməyini izah etdi.

 Lena ilə şəhərə gəldik. Şəhərdə tək qaldığımdan və Lenanın vali­deyn­ləri saat altıya qədər gəzməyimizə icazə verdiyindən, özümüzü azad hiss edirdik.

Bir neçə gündən sonra Lenanın ailəsi Leninqrada tətilə getdilər. Mən də onlarla getdim. Çünki artıq onlarla bir ailə kimi olmuşdum. Ora­da bütün gün Lena ilə birlikdə olduğumdan, tətilin bitməyini istəmirdim.

Yay tətili bitdi. İkinci semestr dərsləri başladı. Həmşəki kimi, Le­na­­­nı dərsə aparıb, evə gətirirdim. Dayım da gəlmişdi. Yenə dərsə get­­mədiyimi görüb soruşdu:

- İnstitutdan qovulmusan? Düzünü de.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür