Modern.az

Bilgə Nursultan Nazarbayev!!!  

Bilgə Nursultan Nazarbayev!!!   

Aktual

23 Mart 2019, 15:14

Aida Eyvazlı

Qazaxıstanın «Егемен Қазақстан» (www.egemen.kz) dövlət qəzeti mənim təbrikimi də yayımlayıb. Çox qürur duydum. Qəzeti yaşadanlar çox sağ olun!

Ömrünü xalqı üçün xırdalayaıb xərclədi. Xalqını ağ günə çıxardı. Siyasi gedişləri ilə şah olub, hər kəsi mat etdi. Ölkəsini zirvələrə qaldırıb, regionda və dünyada tanıtdı. Elə 1990-lardan başlayaraq, əslində bütün gedişlərində türkçülük toxumlarını səpdi ki, Türk Birliyini yaratsın. Ən azı bilməyənləri, görməyənləri ayıltdı. Ölkəsini qara bəbirlərin, ağ ayıların əlindən qurtardı. Ölkəsinin hüdudlarını böyütdü. Bir qarış torpaq vermədi. Həm tarix yazdı, həm tarix yaratdı. Kİmsənin yanında gözü kölgəli olmadı. Ər meydanına ər kimi çıxdı. Bu gün də XAQANlığın ən böyük jestini etdi. O ən Böyükdür, O BİLGƏDİR!!!

Doğrusunu bilir. Ona görə də qazaxıstanlılar və türk dünyası üçün bir neçə ay bundan əvvəl "Böyük Çölün 7 özəlliyi" kimi dəyərli bir proqram məqaləsi yazıb, türk ellərinə nəsihət qoydu. Bilgə xaqanımız, bundan sonra da Türk Dünyasının birliyi üçün çalışacaq! Doğrusunu özü bilir. Göy elllərin Göy Bayraqdarı!!! Tanrının sevdiyi, Tanrısını sevən Türk dünyasının LİDERİ!!! Sizi Azərbaycan adlı qardaş ölkədə hər kəs sevir!!!

Sözümün sonunda onu da qeyd edim ki, mənim taleyimdə Qazaxıstanda iki dəfə prezident seçkilərini izləmək kimi bir şans olub. Mən o zamanlar insanların necə böyük məhəbbətlə seçkiyə getdiyinin , səsvermə məntəqəsində səs verməyə yetişmədiklərindən ağlayıb göz yaşı tökənlərin şahidi olmuşam. Xalqın sevgisini hər xaqan qazana bilmir. Qazananlar ədalətli xaqan kimi tarixdə yaşayır. Bilgə Nursultan Nazarbayev adını minilliklərin tarixinə qızıl hərflərlə yazdı.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür