Modern.az

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb

23 Mart 2019, 16:50

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 23-də qrupda ikinci oyununu keçirib.

Modern.az xəbər verir ki, komandamız Rusiyada “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Kamran Quliyev fərqlənib.

Qeyd edək ki, millimiz ilk oyunda Rusiya yığması ilə heç-heçə edib – 0:0.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu