Modern.az

Əməyinin nəticəsi hər gün hamı tərəfindən görünən ən nadir peşə

Əməyinin nəticəsi hər gün hamı tərəfindən görünən ən nadir peşə

Aktual

23 Mart 2019, 12:00

“Hidrometeoroloq peşəsi kifayət qədər nadir, kütləvi olmayan peşələrə aid edilir. Meteoroloqun işində tədqiqat obyektinə və müşahidə edilən hadisələrin obyektiv interpretasiyasına fasiləsiz diqqət vacib şərt hesab edilir. Meteoroloqlar – xüsusi təhsilə malik insanlardır. Sözügedən peşənin mütəxəssisləri müşahidəçi, texnik, elmi işçi, mühəndis və operatorlardan ibarət olur”.

Modern.az xəbər verir ki, bunu Ümumdünya metereoloqlar günü – 23 mart tarixində  Milli hidrometeorologiya departamentinin direktoru, çoğrafiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar mühəndisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

Umayra Tağıyeva qeyd edib ki, sinoptiklər hava proqnozunu hazırlayır, aeroloqlar atmosferin yuxarı qatlarının tərkibini öyrənir, dəniz hidrometeoroloqları dəniz bölməsini, aviameteoroloqlar isə hava nəqliyyatını hidrometeoroloji məlumatlarla təmin edirlər. Hidrometeoroloqların işi çox həssas olub, yüksək dəqiqliyi tələb edir. Bu peşəni həm çətin və eyni zamanda pomantik adlandırmaq olar. Belə ki, bu peşənin mütəxəssisləri ilə təbiət arasında daimi əlaqənin saxlanılması nəzərdə tutulur. Meteostansiyanın işçiləri buludlar üzərində müşahidə aparmaqla onun tipini, formasının dəyişməsini, yüksəkliyini qeyd edur, digər meteoroloji parametrlər üzrə ölçü işləri aparırlar. Hidroloqlar ölkənin yüksək dağlıq ərazilərində ekspedisiyalarda iştirak etməklə, qar ehtiyatlarını ölçüb və qiymətləndirib, buzlaqları öyrənir və bir çox digər işləri görürlər.

 

Sinoptiklərdən peşəkar bilik və vərdişlərdən əlavə, analitik bacarıq və peşəkar intuisiyanı inkişaf etdirmək tələb olunur. Ona görə ki, bir-birinə oxşar proseslər olmadığından, müxtəlif modellərin göstəriciləri ilkin şəraitdən asılı olaraq, bəzən əks nəticələr verir. Bu mərhələdə sinoptik yeganə düzgün qərar qəbul etməlidir, belə ki, vaxtında və düzgün verilmiş proqnozdan, işi bilavasitə hava şəraitinndən asılı olan insanların – neftçilərin, dənizçilərin, aviatorların və iqtisadiyyatın müxtəlif sahələrinin işçilərinin təhlükəsizliyi asılıdır. Bununla da sinoptiklərin işinin çox məsuliyyətli və eyni zamanda çox maraqlı olmasını qeyd etmək artıq olar.

 

“Yağış mümkündür” və ya “yağmursuz”, “küləyin güclənməsi” və ya “yüksək dalğa” kimi sadə frazaların arxasında böyük kollektivin gərgin əməyi durur. Qabaqcadan deyilmiş prosesin gözlənilməsi çox narahatedicidir. Bu yəqin ki, hər gün əməyinin nəticəsi hamı tərəfindən görünən ən nadir peşələrdən biridir. Fürsətdən istifadə edib bizim gənclərimizi – oğlan və qızlarımızı -  coğrafları, fizikləri, riyaziyatçıları – bizim işimizə dəvət edirik. Ümid edirik ki, Azərbaycan hidrometeorologiyasının gələcək inkişafında öz zəhmətinizi sərf edəcəksiniz.

 

Qeyd edək ki, 23 mart –  hava haqqında hər şeyi bilməyə imkan verən  sahədə işləyən  insanların - bütün dünyanın hidrometeorloqlarının peşəkar bayramıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir