Modern.az

Amerikada yaşayan Yəhudi Azərbaycan dilində muğam oxudu - VİDEO

Amerikada yaşayan Yəhudi Azərbaycan dilində muğam oxudu - VİDEO

Aktual

23 Mart 2019, 21:46

"Azərbaycanın Amerikadakı səfirliyində maraqlı Novruz şənliyi keçirilib". Modern.az xəbər verir ki, bu barədə məlumat yayan jurnalist Qənirə Ataşova bildirir ki, Novruz bayramını Vaşinqton ətrafında yaşayan azərbaycanlılarla birlikdə keçirilib.

“Uzaq Amerikada azərbaycanlılarla birlikdə olmaq cox fərqli bir hissdir. Nəşəli və xoşbəxtlik dolu bir gün idi. Həmişəki kimi, tədbirdə 150 insan iştirak üçün qeydiyyatdan keçsə də, gələnlərin sayı 400-ü keçmişdi. Fərhad “Ana mən özümü Azərbaycanda hiss etdim” dedi. Azərbaycanın milli yeməkləri üçün də darıxmışdıq. Şənliyi Nyu-Yorkdan gələn musiqi qrupu aparırıdı. Gözəl bir qadın, gənc oğlanla səlis Azərbaycan dilində bütün musiqi janrlarına müraciət edirdi. Çikaqodan gələn qonağımız Nahidə Kərimi “oxuyan yəhudidir” dedi. Gözlərimə inanmadım. Çünki, sonradan tanış olacağım Veronika Yaqubova xanım səlis Azərbaycan dilində danışmaq deyil, eyni zamanda daha çox Azərbaycanın ən həssas musiqilərinə müraciət edir, vətənim Azərbaycan deyib səsi ilə nalə çəkirdi. Sonda tanış olub, söhbət etdik, şəkil çəkdirdik. Heyranlığımı bildirdim. Cavabı bu oldu: “Mən 19 ildir Azərbaycanda yaşamıram, amma orda yaşadığım və aldığım sevgi tükənməzdir. Ölənədək Azərbaycan deyəcəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir