Arxiv
24 mart 2019, 14:47 | DİASPOR
Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Almaniyanın Berlin Humbolt universitetində alman tarixçi alimlərlə birgə "Bakının multikultural həyatında almanların rolu" adlı konfrans keçirilib.

 

Konfrans Humbolt universiteti, Almaniya azərbaycanlılarının "Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi", eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Modern.az musavat.com-a istinadən xəbər verir ki, konfransda alman tarixçi alimləri və professorlar Döke Volfqanq, Geike Rainer, Tamara Tşernova, Konqrad Günter və universitetin fakültə dekanı, professor Aux Eva-Mariya, azərbaycanlı tədiqatçı Fuad Axundov, eyni zamanda təşkilatçı Mərkəzin sədri, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev, qurumun fəalları Fərid Tağıyev, doktor Adil Bayramov, müxtəlif millətdən olan tədiqiqatçılar, diaspor nümayəndələri və tələbələr iştirak ediblər.

 

Çıxış edən A.Eva-Mariya bu il almanların Qafqazda, xüsusilə Azərbaycanda məskən salmasının 200 illiyinin tamam olduğunu xatırladarq 1819-cu ildə Çar Rusiyası tərəfindən təşkil edilən bu prosesin mahiyyətindən danışıb. Sonradan 1940-cı illərdə SSRİ rəhbərliyi tərəfindən tamamilə Orta Asiya sürgün edilən bu alman ailələrin Azərbaycanda ilk olaraq Helenendorf və Annenfeld (indiki Gəncə, Şəmkir və Qazax ərazilərində) məskən saldığını xatırladarq onların Azərbaycan tarixində rolundan danışıb.

 

Alman alim tarixən tolerant və mədəni müxtəlifliyə malik Azərbaycanda almanların mədəni inkişafını xüsusi qeyd edib, xüsusilə Bakıda hazırda da qorunubs axlanılan alman mədəni abidələrindən söz açıb: "Biz uzun araşdırımlarımızla Qafqazdan Qars əyalətinə qədər hər nüansı izlədik. Bu bölgədə tarixən indiyə qədər azərbaycanlılar ilə yanaşı gürcülərlə də almanların bağlılğını tapsaq da bu barədə ermənilər ilə bağlı heç bir izə rast gəlmədik. Bu bölgədə ümumiyyətlə ermənilərlə əlaqəli heç bir mədəni iz yoxdur. Hətta bu gün hər yerdə "erməni konyakı" adı ilə təbliğat aparırlar, əslində o konyakın yaradıcısı Azərbaycanın Tovuz rayonunda o vaxt məskunlaşan almanlar olub"- deyən, tarixçi alim bununla bağlı faktları nümayiş etdirib.

 

Konfransda tədqiqatçı Fuad Axundov Azərbaycanda, xüsusilə Bakıda iz qoyan alman kökənli taririxi şəxslərdən, yeni faktlardan söz açıb. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) alman deputatlarından tutumuş Bakıdakı tarixi binalarda və digər layihələrdə almanların izi ilə bağlı slaydlardan ibarət geniş mühazirə söyləyən F. Axundov iştirakçılara yeni faktlar da təqdim edib.


Konfrans iştirakçıların qarşılıqlı disskusiyaları ilə davam edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52