Arxiv
24 mart 2019, 15:38 | AKTUAL
Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Ermənistanın Meğri rayonundakı hərbi hissədə baş verən bir insident ictimaiyyətin diqqətini cəlb edib.

 

“Yerevan Today” saytının məlumatına görə, martın 17-də yüzə yaxın əsgər zabitlərin özbaşınalığına etiraz əlaməti olaraq, xidmət etdikləri hərbi hissəni tərk etmək istəyib.

Alay komandiri onları birtəhər yolda saxlayaraq, xidmətə geri qaytarmağa nail ola bilib.

Lakin həmin axşam hadisə zamanı xüsusi fəallıq göstərən 20 hərbi qulluqçu avtobusla öncə Qafanın hərbi polisinə, oradan isə Xankəndinə göndərilib. Bu zaman əsgərlərin hərbi formaları zorla əyinlərindən çıxarılıb və telefonları əllərindən alınıb.

 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bununla əlaqədar hərbi qulluqçuların anaları İrəvanda hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.

Onların sözlərinə görə, bütün hadisə Qasparyan adlı zabitin ucbatından baş verib. Belə ki, gördüyü əziyyətdən təngə gələn əsgərlərdən biri ona yaxınlaşıb və başqa bölməyə keçirilməsini istəyib. Zabit isə cavabında ona əl qaldırıb. Münaqişənin də buradan doğduğu iddia edilir.

Ermənistan Müdafiə Nazirliyinin sözcüsü Artsrun Ovannisyan isə kiçik qiyama görə həm əsgərlərin, həm də zabitlərin cəzalandırılacağını bildirib.

 

O, “bir neçə intizamsız əsgərin 90-cı illərin qayda-qanunlarını tətbiq edərək ayrı qidalanmaq, xüsusi yerlərdə yatmaq kimi özləri üçün xüsusi imtyazlar əldə etmək istədiklərini, üstəlik, başqalarını da qiyama təhrik etdiklərini” söyləyib.

Ermənistanın “Həqiqət uğrunda jurnalistlər” hüquq təşkilatının rəhbəri Janna Aleksanyan isə zabitlərin əsgərlərlə təhqiramiz davranması ucbatından bu tip insidentlərin baş verdiyini deyib və Artsrun Ovannisyanı bütün günahı əsgərlərin üzərinə yıxmasına görə sərt tənqid edib.

 

“Helsinki vətəndaş assambleyası” təşkilatının sədri Artur Sakunts isə məsələ ilə əlaqədar komissiyanın yaradılmalı olduğunu bildirib. O, hər hadisəyə görə əsgərlərin Qarabağa sürgün olunmasını doğru saymadığını, bütün bunların ordudakı mənfi gerçəklikləri gizlətmək üçün həyata keçirildiyini vurğulayıb.  /Milli.Az/

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00 Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı 20 İyun 2019, 15:58 Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov  20 İyun 2019, 15:56