Modern.az

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   

24 Mart 2019, 18:54

Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qurultayda

Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın yeni sədri seçilib.

Q.Vaşadzenin namizədliyinin lehinə 364 nümayəndə, əleyhinə 1 nəfər səs verib. O, sədrliyə yeganə namizəd olub.
Qriqol Vaşadze  sonuncu seçkilərdə prezidentliyə namizəd olub. O, 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri postunu tutub.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasına bundan əvvəl sabiq prezident Mixail Saakaşvili rəhbərlik edib. M.Saakaşvili bugünkü qurultaya videobağlantı ilə qatılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?