Modern.az

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

24 Mart 2019, 21:15

“Rumıniya İsraildəki səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürür”.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rumıniyanın baş naziri Viorika Dançile bildirib.

 

Viorika Dançile qeyd edib ki, Donald Trampın ABŞ səfirliyini Qüdsdə açması "rumın xalqını" təsirləndirib. Dançile bildirib ki, İsrail və ABŞ "Rumıniyanın xüsusi strateji tərəfdaşlarıdır".

 

Viorika Dançile gələcəkdə Rumıniya və İsrail hökumətlərinin birgə iclasının keçiriləcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi