Modern.az

Əli Kərimli gənclərlə görüşüb

Əli Kərimli  gənclərlə görüşüb

18 Dekabr 2011, 20:35

Bu gün AXCP sədri Əli Kərimlinin gənclərlə görüşü keçirilib. Modern.az saytı  partiyaya istinadən xəbər verir ki, AXCP Gənclər Komitəsinin ADP-nin akt zalında təşkil etdiyi görüşdə 500-ə yaxın gənc iştirak edib. İştirakçılar zala sığmayıb və dəhliz də iştirakçılarla dolub. Görüş Dövlət Himnimizin səsləndirilməsi ilə açılıb.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı tədbiri açaraq Komitənin ötən dövrdə gördüyü işlərdən, gənclərin fəallaşmasından danışıb, hakimiyyətin gənclər siyasətini tənqid edib.

Daha sonra AXCP GK-nın üzvlərinə və partiya rəhbərliyində olan şəxslərə söz verilib.

Bundan sonra AXCP sədri Əli Kərimli şıxış edib. AXCP sədri gəncləri salamlayaraq deyib:

- Bu görüş elə tarixi məqamda baş verir ki, Aəzrbaycanda 17 siyasi məhbus var. Onları həbs etdilər ki, xalqın gözü qorxsun, mübarizədən çəkilsin. Amma bu əks effekt verdi. Bu gün sizlərin burda olmağınız da təsdiqlədi ki, repressiya bu xalqı qorxuda bilməyib.
- Bu gün dünyada və Azərbaycan tarixi hadisələr yaşanər. Hərə bir cür tarix yazır. İlham Əliyev də özünə görə tarix yazır - Azərbaycanın adını Zimbabve ilə yanaşı yazdırır. 17 vicdan məhbusu da tarix yazır. Bu gün bütün dünya bu vicdan məhbuslarını azad etməyə çağırır.
- Azərbaycan insanına hörmət qoyulmur. Baxın görün sizlərə, ailələrinizə aid sərvətlər necə dağıdılır. Təkcə Heydər Əliyyev Mərkəzinin tikintisinə 200 milyon manat xərclənib.
Azərbaycan gəncliyinə bütpərəstlik simvolları yox, yaxşı təhsil lazımdır.

Ə.Kərimli hazırda dünyada və Azərbaycanın da daxil olduğu regionda cərəyan edən inqilabi dəyişikliklərdən danışıb, bu dəyişikliiklərin Azərbaycana da sirayət edəcəyini deyib.

AXCP sədri çıxışını gənclərə səslənməklə bitirib:

- Heş vaxt demokratiyanın qələbəsinə şübhəm olmayıb. Bu gün sizin çöhrənizdə gördüyüm əzm mənim inamımı daha da artırır. Çıxın meydanlara və bütün dünyaya göstərin ki, Azərbaycanda siyasi mübarizəyə yeni bir nəsil gəlir. Elə bir nəsil ki, onun ürəyi azadlıq eşqi ilə düyünür.

Tədbir AXCP-yə üzv olan yeni gənclərə partiya vəsiqələrinin verilməsi və AXCP sədri ilə sual-cavabla bitib.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi