Modern.az

NATO baş katibi  Gürcüstanda

NATO baş katibi  Gürcüstanda

Aktual

24 Mart 2019, 22:44

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana iki günlük rəsmi səfərə gəlib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tbilisi aerportunda Stoltenberqi Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

 

Stoltenberq görüşlərinə sabahdan başlayacaq. O, Gürcüstanın baş naziri Mamuka Baxtadze, prezident Salome Zurabişvili və parlament sədri İrakli Kobaxidze ilə bir araya gələcək.

 

Bundan başqa, Stoltenberq Gürcüstanda keçirilən NATO - Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə gedəcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar