Modern.az

Bağdadi ilə bağlı yeni iddia

Bağdadi ilə bağlı yeni iddia

25 Mart 2019, 00:37

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi ilə bağlı daha bir məlumat yayılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Bağdadinin Suriyanın səhra bölgəsində - ölkənin cənub-şərqində mağarada gizləndiyi iddia edilib.

Məlumata görə, bir vaxtlar Suriyanın geniş ərazilərində 7 milyon insanın taleyini müəyyən edən və İraq torpaqlarının demək olar ki, üçdə birinə nəzarət edən Bağdadi hazırda “liderlərinin harada olduğunu bilməyən dağınıq haldakı döyüşçüləri” idarə edir.

 

Qeyd edək ki, ABŞ 47 yaşlı Bağdadinin tapılmasına kömək edən şəxsə 25 milyon dollar mükafat vəd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir