Modern.az

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO

Aktual

25 Mart 2019, 09:44

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "VAZ -21013" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd "Marlboro" markalı siqaret, 10 ədəd "Apple" markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.

 

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21063" markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret və 10 ədəd "Apple" markalı qulaqcıq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi