Modern.az

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI

25 Mart 2019, 10:47

Coğrafi məkanlar müntəzəm şəkildə öz adını bu və ya digər səbəbdən dəyişir. Məsələn, Qazaxıstanın paytaxtı Astana şəhəri tarixdə 4-cü dəfə adını dəyişərək, bundan sonra Nur-Sultan adlanacaq.

 

Tək şəhərlər deyil, bütöv ölkələr də adını dəyişir. Sonuncu dəfə ötən il Makedoniya Respublikası Yunanıstanla çoxillik mübahisələrə son vermək və NATO-ya üzv olmaq üçün adını “Şimali Makedoniya Respublikası”na dəyişib.  

 

Modern.az bu və ya digər səbəbdən adını dəyişmiş ölkələrin siyahısını təqdim edir.

 

Şri-Lanka/Seylon

Seylonu hələ XVI əsrdə portuqallar Şri-anka adlandırmışdılar. Bu toponim adada çoxluq təşkil edən “sinqal” xalqının adından yaranmışdı. Portuqallardan sonra Şri-Lankaya hollandlar, daha sonra isə britaniyalılar gəlmişdi. Buna baxmayaraq, ada öz adını dəyişməmişdi. 

Hind-Çin yarımadasının digər ölkələrindən fərqli olaraq, Şri-Lanka heç vaxt Böyük Britaniyaya nifrət etməmişdi. Çünki müstəmləkə dövründə ada ciddi iqtisadi inkişafa nail olmuşdu. 

1948-ci ildə Şri-Lanka Britaniya İmperiyasının tərkibində müstəqillik qazandı. 70-ci illərdə nəhayət Seylon adası Şri-Lankaya çevrildi. Əvvəlcə, “Şri-Lanka Respublikası” adlanan ölkə 1978-ci ildə “Şri-Lanka Demokratik Sosialist Respublikası” adlanmağa başladı. Buna rəğmən, istər Qərbdə, istərsə də Şri-Lankanın özündə “Seylon” adı geniş istifadə olunurdu.

2005-ci ildə Şri-Lankanın prezidenti Racapaksa seçildi. Dövr çox ağır idi: ölkədə sinqallar (ölkə əhalisinin 60%-i) ilə tamillər (əhalinin 10%-i) arasında müharibə gedirdi. Milli qarşıdurmanı dayandırmaq üçün prezident Racapaksa xalqları birləşdirmək üçün “Seylon” adından rəsmən imtina etdi.

 

Esvatini Krallığı/Svazilend

Daha bir toponim dəyişikliyi 2018-ci ilin aprelində Svazilend dövləti ilə bağlı olub. Belə ki, yerli dildə bu ad “svazilərin torpağı” anlamını verir. Lakin kral III Msvati Böyük Britaniyadan  müstəqil olmasının 50 illiyi münasibətilə ölkəsinin adını Esvatini Krallığına dəyişdi. O bunu Swaziland adının ingiliscə Switzerland (İsveçrə) adı ilə oxşar olmasını və xarici ölkə vətəndaşlarının bundan çaş-baş qalmasını əsas gətirmişdi.

 

İran/Persiya

İranlılar (arilər ölkəsi) öz ölkələrini qədimdən belə adlandırsalar da, sakinlərin çoxunu farslar təşkil edirdi. Hələ qədim yunanların Persiya adlandırdığı ölkə digər millətlər tərəfindən də belə adlandırılmışdı. 1935-ci ilə qədər Persiya adlansa da, Rza şah Pəhləvi ölkəni İran adlandırmağa başladı.

1959-cu ildə Rza şah həm İran, həm də Persiya adlarının paralel olaraq işlədilməli olduğunu desə də, 1979-cu il İran İslam İnqilabından sonra rəsmi sənədlərdə yalnız indiki adı qaldı.

 

Kambodca Krallığı/Kampuçiya

XX əsrin ortalarından başlayaraq Asiyanın cənub-şərqində yerləşən bu ölkənin adı 5 dəfə dəyişib. 1953-cü ildə Kambodca Krallığı adlanan ölkə Fransadan müstəqillik qazanmışdı. 1970-ci ildə kral Sianuk devrilmiş, hakimiyyətə isə antikommunist və ABŞ əleyhidarı Lon Nola gəlmişdi. Bundan sonra, ölkənin adı Kxmer Respublikasına çevrilmişdi. Bu addım etnik səbəbdən atılmışdı – ölkə sakinlərinin çoxu bu xalqa məxsus idi.

1975-ci ildə “qırmızı kxmerlər” hakimiyyətə gəldikdən sonra ölkənin adı “Demokratik Kampuçiya Respublikası"na çevrildi. Lakin 1979-cu ildə Vyetnamla müharibədən və hakimiyyət dəyişikliyindən sonra vyetnamlı müttəfiqlər ölkənin adını Demokratik Kampuçiya Respublikasına dəyişdilər. 1989-cu ildə konstitutsion dəyişikliklərdən sonra ölkə Kambodca Respublikası adlandırıldı.

Ölkə əvvəlki adına - Kambodcaya yalnız 1993-cü ildə geri döndü. Ölkədə monarxiya bərpa edildi və dövlət Kambodca Krallığı adlanmağa başladı.

 

İordaniya/Transiordaniya

1921-ci ilin aprelində Millətlər Liqasının Böyük Britaniyadan aldığı mandat əsasında Fələstin ərazisində Transiordaniya Əmirliyi yaradıldı. Bu Əmirlik 1946-cı ildə tam müstəqillik qazandı. 1948-1949-cu il İsrail-Ərəb münaqişəsindən sonra Krallıq adını dəyişərək, İordaniya Haşimi Krallığı qısaca, İordaniya adlanmaşa başladı.

 

Myanma Respublika İttifaqı/Birma


1948-ci ildə ingilislərdən müstəqillik qazanmış Myanma ilk vaxtlar Birma adlanırdı. Bu toponim də ölkədəki milli çoxluğun adından götürülüb. 1974-cü ildə ölkə sosialist kursu götürdü və Sosialist Birma Respublikası İttifaqı adlanmağa başladı.

Birma adındakı problem onunla bağlı idi ki, ölkə əhalisinin çoxunu təşkil edən birmalılar özlərini bama adlandırırdılar və Birma sözünü bəyənmirdilər. XX əsrin 80-ci illərində hərbi diktatura qorulduqdan sonra bir çox toponimlər, o cümlədən ölkənin adı da Myanma İttifaqına çevrildi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi