Arxiv
25 mart 2019, 12:36 | AKTUAL
Azərbaycan hekayələri Fransada təqdim olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Strasburqun mərkəzi “Kleber” Kitab Evində baş tutan tədbirdə Fransanın tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.  

 

Modern.az xəbər verir ki, Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitabda İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu,  Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının hekayələri yer alıb.  

 

Tədbiri giriş sözü ilə moderator, professor Tyeri Edmond açaraq, sözü ilk əvvəl Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova verib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi və “Kapaz” Nəşriyyat Evinin sıx əməkdaşlığının məhsulu olan “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Fransada nəşrini təqdir edib və bu kitabın xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə rolu oynadığını bildirib.

 

Daha sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuda verilib. Tədbir iştirakçılarına Mərkəzin yaradılması və fəaliyyəti haqqında qısa məlumat verən A.Məsud ədəbiyyatın ali missiyasından – ayrı-ayrı irqləri və millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların və sevgilərin daşıyıcısı olduğundan, tarix boyu bədii ədəbiyyatın bu qədim və  əzəli doğmalığı dünya fikir müstəvisində yaşatdığından söz açıb, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada tanıdılması işinə yetirdiyi qayğı və diqqəti vurğulayıb.    

 

Sonra söz Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət və mənsub olduğu dil qrupu haqqında geniş məlumatla çıxış edib.

Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer antologiyaya daxil edilmiş  əsərlərlə bağlı fikir və dəyərləndirmələrini bölüşüb və Mir Cəlalın “Dissertasiya” hekayəsindən bir parçanı səsləndirib.

 

Tanınmış fransız yazıçı Mişel Kop onu xüsusilə təsirləndirmiş hekayələrlə bağlı təəssüratlarını bildirib və çıxışını A. Məsudun “Dovşanın ölümü” hekayəsinin oxunuşu ilə bitirib.   

 

Daha sonra tənqidçi Jan Emmanuel Medina çıxış edərək, ərsəyə gətirilmiş kitabın, hər iki ölkənin mədəni-ictimai həyatında əhəmiyyətli hadisə olduğunu qeyd edib. Sonra “Kapaz” Nəşriyyat Evinin rəhbəri Albert Vak, əməkdaşlar Nicat Kazımov və Dilbadi Qasımov çıxış edərək, qarşıda duran perspektiv layihələr haqqında danışıblar. 

 

Tədbirin sonunda çıxışçılar iştirakçıların suallarını cavablandırıblar və qonaqlara furşet təqdim olunub.

 

Kitabın, yaxın zamanlarda Paris, Tuluz, Anje və digər şəhərlərin mərkəzi kitabxanalarına, universitetlərinə yerləşdiriləcəyi, silsilə təqdimatlarla Fransanın ədəbi ictimaiyyətinə təqdim ediləcəyi gözlənilir.                                 

                                                                                    

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00 Sabah 38 dərəcə isti olacaq, külək əsəcək - HAVA PROQNOZU 19 İyun 2019, 12:55 Niyazi Bayramov sakinləri dinləyib 19 İyun 2019, 12:45 Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti yaxşılaşacaq” 19 İyun 2019, 12:45 Komitə sədrləri ölkə başçına təşəkkür etdilər: “Belə irihəcmli maaş artımı…” 19 İyun 2019, 12:42 Zakir Həsənov çağırış etdi 19 İyun 2019, 12:39 Platini sərbəst buraxıldı 19 İyun 2019, 12:35 “Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib 19 İyun 2019, 12:34 Müəllimlərin yerdəyişməsinin nəticələri AÇIQLANIB 19 İyun 2019, 12:20