Arxiv
25 mart 2019, 21:11 | AKTUAL
“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda millimizlə yoxlama oyunundan sonra mətbuat konfransı keçirib.

Modern.az xəbər verir ki, Baş məşqçi əvvəlcə matç barədə fikirlərini bildirib.

 

- Maraqlı və əzmkar oyun getdi. Oyuna ciddi hazırlaşmışdıq. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Müdafiədə etibarlı çıxış etdik. Fikrimcə, ilk hissədə daha yaxşı oynadıq. Topa sahib olur, təşkilatlanmış hücumlar edirdik. Bu oyuna mövqelər üzrə yanaşırdıq. Meydan sahibləri bu gün ikinci hissədə daha fəal idilər. Ancaq nəticə oyuna görə idi. Hər iki komandanın qol imkanları çox olmadı. Komandamın oyunundan razı qaldım.

 

- Yəqin ki, qapınızda qol görmədiyiniz üçün razı qaldınız? Çünki oyun ərzində qol imkanı yarada bilmədiniz...

 

- Bir daha təkrar edirəm, Azərbaycan yığmasının individual cəhətdən texnikalı oyunçuları var. Onlara qarşı qrup şəklində düzgün müdafiə olunmaq vacib idi. Azərbaycan yığmasına qapımız qarşısında rahat oynamaq imkanı vermədik. Təbii ki, hücumlar etməyə də çalışırdıq. Pressinq edərək, qol vəziyyətləri yaratmaq istədik.

 

- Lüksemburqla Azərbaycanı müqayisə etsəniz, hansını daha güclü sayarsınız?

 

- Onları müqayisə etmək istəmirəm. Çünki biri rəsmi, digəri yoldaşlıq görüşü idi. Bunlar arasında böyük fərq var. Bir o qədər də uğurlu təqvim deyildi. Birinci yoldaşlıq görüşü keçirməyimiz daha yaxşı olardı. Sizin komandanız Xorvatiyaya çətin anlar yaratmağı bacarmışdı. Orda müdafiədən oynamağa məcbur idi. Bu gün də topla oynamaq bacardığını göstərdi. Top səndə olanda yaradıcılıq qabiliyyətin daha yaxşı büruzə verir. Heyətdə bəzi rotasiyalar etdim. İki səfər oyunundan sıfırla qayıtmaq istəmirdik. Sevindik ki, bu gün 0:0-la qayıdırıq.

 

- Azərbaycan yığmasının zəif cəhəti nə idi?

 

- Baş məşqçiniz yeni idi. Fərdi cəhətdən yaxşı oyunçularınız var. Ümumilikdə təhlil etmək baş məşqçinizə hörmətsizlik olardı. Bir daha rəqibin yaxşı komanda olduğunu gördüm. Azərbaycan yığmasına uğurlar arzulayıram.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32 51 abituriyentin qiymətində dəyişiklik edildi 16 İyul 2019, 16:31 “Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA 16 İyul 2019, 16:18 "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı 16 İyul 2019, 16:11 Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır 16 İyul 2019, 16:06 Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü   16 İyul 2019, 15:57 Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR 16 İyul 2019, 15:30