Modern.az

Avtomobillər qar uçqunu altında qaldı

Avtomobillər qar uçqunu altında qaldı

26 Mart 2019, 00:14

Türkiyədə Van-Hakkari yolunun Gözəldərə bölgəsində qar uçqunu baş verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində bəzi avtomobillər qarın altında qalıb.

Həmin yol 60-cı kilometrdən etibarən nəqliyyatın hərəkətinə bağlanıb.

Əraziyə çox sayda xilasetmə, jandarma və təcili-tibbi yardım dəstələri göndərilib. Nəqliyyat vasitələri irəliləyə bilmədiyi üçün xilasedicilər piyada hərəkət edir. Artıq yolda çarəsiz vəziyyətdə qalmış 3 qadın xilas edilərək Van xəstəxanasına çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər