Arxiv
26 mart 2019, 08:55 | DİASPOR
İsraildə Azərbaycan musiqisini təbliğ edən Semyon Rabayev

Bizimlə uzun illər eyni cəmiyyətdə yaşamış, bu gün dünyanın müxtəlif ölkələrində məskunlaşan Azərbaycan yəhudiləri sözün əsl mənasında diqqət və ehtirama layiqdirlər. Harada yaşasalar da Azərbaycan naminə soydaşlarımızdan az iş görmürlər. Çox vəfalı, sədaqətli olurlar. Bugünkü qəhrəmanım onlardan biri, Senya Salman kimi tanınan Semyon Rabayevdir.

O, 1950-ci ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub. 1971-ci ildə oranı mühəndis- iqtisadçı kimi başa vurub. 1971-1981-ci illərdə Elektromaş elmi-istehsalat birliyində kiçik elmi işçidən başlayaraq laboratoriya müdiri vəzifəsinədək yüksələ bilib. 1981-1983-cü illərdə Bakı Avtomobil Zavodunda plan-iqtisadiyyat şöbəsinə rəhbərlik edib. 1983-cü ildə yenidən "Elektromaş"a qayıdıb və 1990-cı ildə İsrailə köçənədək orada laboratoriya müdiri vəzifəsində çalışıb…

…Böyüyüb boya-başa çatdığı ailə çoxuşaqlı olub. Atası Zaxaryo Rabayev kamança ifaçısı idi. Əvvəllər Zabrat Mədəniyyət Evində ansambla rəhbərlik edib. Sonradan böyük ailəsini dolandırmaqdan ötrü işini dəyişərək Bakı Çaxır Zavodunda ekspeditor işləyib. Qardaşı Daniil Rabayev Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, uzun illər M.F.Axundov adına Opera və Balet Teatrında baletmestr vəzifəsində çalışıb.

Ömür-gün yoldaşı Anya xanım Bakıda yaşayarkən təşkilatlardan birinin mühasibi olub. Hazırda təqüddədir. Üç övladı var, bir oğlan, iki qız. Qızları ali təhsillidir, oğlu isə aşpaz işləyir…

İsrailin Hayfa şəhərinə gəldiyi ilk illərdə çox çətinlikləri olub. İvrit dilini öyrənməkdən ötrü "İLPAN" məktəbində oxuyub. Vergi idarəsinə işə düzələnədək müxtəlif yerlərdə çalışıb və məşhur Texnion İnstitutunu bitirib.
1993-cü ildən 2014-cü ildə təqüdə çıxanadək vergi idarəsində arxiv rəisindən başlayaraq qrup rəhbəri vəzifəsinə qədər yüksələ bilib…

…Azərbaycan mahnılarını oxumaqla yanaşı, kamançada da mükəmməl ifa edir. Müəllimi əməkdar artist, tanınmış kamança ustası Abdulla Abdullayev olub. İndiyədək dörd SD diski çıxıb. Həmin disklərdə yəhudi, rus mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da yer alıb. Tezliklə instrumental ansambl yaratmağı planlaşdırır. Hazırda Bakı haqqında mahnı üzərində işləyir…

Deyir ki,- "Bəlkə də inanmayacaqsız, elə günüm olmayıb ki, Azərbaycanı düşünməyim. Keçmiş 1 may küçəsində, dəmiryolu vağzalının qarşısındakı meydanda gəzib-dolaşmaqdan ötrü çox darıxıram. Bakıda hazırlanan göyərti qutabı, düşbərə, lüləkabab üçün burnumun ucu göynəyir. Tez-tez Azərbaycan televiziya kanallarını seyr edirəm. Sevinirəm ki, Azərbaycan son illər xeyli inkişaf edib. Canım-gözüm Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib”…

Muğamın, eləcə də xalq, bəstəkar mahnılarımızın vurğunudur, saatlarla dinləsə yorulmaz. Azərbaycan mahnılarını İsraildə sevə-sevə təbliğ edən bu mehriban, gülərüz insanın sözlərindəki səmimiyyəti duymamaq mümkün deyil. Azərbaycana o qədər bağlıdır ki, bütün söhbətimiz boyu bu sevginin təsiri altında olduğunu gözlərindən oxuyurdum. 

Bu ilin aprel ayında "İsrail Azərbaycan Cəmiyyəti"nin xətti ilə Bakıya dəvət olunduğunu söyləyir. Artıq səfər proqramını da hazırlayıb - konsert və doğma Bakıda istirahət…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılıb 25 İyun 2019, 10:14 Körpə öz anasını tanıya bilmədi – VİDEO 25 İyun 2019, 10:11 Polis meşədə çətənə əkəni tutdu - FOTOLAR 25 İyun 2019, 10:06 BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq 25 İyun 2019, 09:44 Qarabağ söhbəti: “Kimsə mənim Surət Hüseynovu müdafiə edən bir cümləmi tapıb, ortaya qoya bilmir” - MÜSAHİBƏ 25 İyun 2019, 09:41 Cəbhədə nisbi sakitlik müşahidə olunub 25 İyun 2019, 09:37 III Respublika Xalq Teatrları Festivalı başa çatdı 25 İyun 2019, 09:29 Qadınlar da azan səsləndirə bilərlərmi?.. 25 İyun 2019, 08:55 Tovuzda gənc oğlan özünü asıb 25 İyun 2019, 08:44 Lent.az-ın 11 yaşı tamam oldu 25 İyun 2019, 08:40 Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV 25 İyun 2019, 08:31 Ağdamın saralmış şəkilləri 25 İyun 2019, 08:18 Manat və dolların bugünkü məzənnəsi 25 İyun 2019, 08:12 “Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44