Modern.az

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”  

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”   

26 Mart 2019, 14:54

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Azərbaycan Xalq Hərəkatından (AXH) uzaqlaşdırıldığı barədə məlumat yayılıb. Modern.az xəbər verir ki, bu barədə musavat.com-a AXH-dəki mənbədən məlumat daxil olub.

Məlumata görə, N.Pənahlının təşkilatdan uzaqlaşdırılmasına onun "qeyri-səmimi davranışları"ı səbəb olub. Bildirilir ki, N.Pənahlı son vaxtlar AXCP sədri Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sövdələşmələr içindəymiş və o, AXH rəhbərliyindən xəlvət bu cür proses aparırmış.

Onun bu hərəkətləri AXH-də narahatlıq yaratdığından, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb.

Modern.az yayılan məlumatla abğlı Nemət Pənahlı ilə əlaqə saxlayıb. Ancaq o, bu mövzuda açıqlama vermək istəməyib:

“Bilmirəm, saytlar bu məlumatı haradan götürüb. Mən özüm bu barədə danışmamışam. Açıqlama vermək fikrim də yoxdur. Nə zaman rəy bildirərəmsə, onda xəbəri yayarlar”.

Qeyd edək ki, bu il yanvarın 26-da sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə Azərbaycan Xalq Hərəkatı adlı qurum yaradılıb.  Qurumun təsisçiləri sırasında Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (sədr İqbal Ağazadə), Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (sədr Əli Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Milli Dövlətçilik Partiyası (sədr Nemət Pənahlı), Azərbaycan Liberal Demokrat Partiyası (sədr Fuad Əliyev) və başqa partiyalar, sabiq müdafiə naziri Rəhim Qazıyev, AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev və digərləri var. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!