Modern.az

Vyanada Əliyev - Paşinyan görüşü keçirilir - YENİLƏNİB - VİDEO  

Vyanada Əliyev - Paşinyan görüşü keçirilir - YENİLƏNİB - VİDEO   

29 Mart 2019, 15:47

Ermənistan və Azərbaycan rəhbərlərinin həmsədrlər və XİN rəhbərəlrinin iştirakı ilə geniştərkibli görüşü başa çatıb. Hazırda İlham Əliyev və Nikol Paşinyan təklikdə danışıqlar aparır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan açıqlama verib.  

 
***

Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Tvitter səhifəsində məlumat verib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan da iştirak edir. 

 
Məlumatda bildirilir ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.


“Bristol” mehmanxanasında keçirilən görüşün 2 saat davam edəcəyi gözlənilir.  

 

Qeyd edək ki, bu, İlham Əliyevin Nikol Paşinyanla ilk rəsmi görüşüdür. Daha əvvəl tərəflər arasında üç dəfə ayaqüstü görüş olub. Bunlardan biri Moskvada, digəri Düşənbədə keçirilən MDB ölkələri başçılarının sammiti çərçivəsində, sonuncusu isə İsveçrədəki Davos forumu zamanı baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?