Modern.az

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - VII YAZI

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - VII YAZI

27 Mart 2019, 12:31

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Bəzən həyat və fəaliyyətimizdə bizi sevindirən, sevdirən qüvvənin kimliyi barəsində düşünmürük. Bu, həyat fəlsəfəsinin elə məqamıdır ki, Tanrı “gözə görünməz varlıq” kimi bütün xeyirxahlığını səxavətlə paylayır. Bax, bu məqamın genetik kodu “Gözə görünməz Allah”, “O, gözə görünməzdir” ifadələrindədir. Oğuz babalarımız deyir:

Kişi görmədügin görsə, əqli sevinür,

geymədügin geysə, təni sevinür,

yemədügin yesə, nəfsi sevinür.

 (Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 160).

Tanrı bütün canlıları yaratdığı üçün onların hər birini qoruyur.  Canlılar  isə  özlərindən  asılı  olmayaraq  onlara yaşamaq imkanı verən Tanrının varlığına şükürlər edir.

Hər birimiz toyuğun su içməsini görmüşük. Toyuq su içdikcə başını yuxarı qaldırıb Allahına dua qılır: “Toyuq bir su içər, bir Allaha baxar”. Belə deyilir ki, su içən insana ilan toxunmur. Bunun hamısı Ulu Tanrının hikməti, gözəgörünməz saysız-hesabsız qayğıdan, xeyirxahlıqlardan biridir. Odur ki, Ulu Tanrının varlığını hər an, hər dəqiqə, hər saniyə unutmayanlar yaxşılıq etməkdən həzz alırlar, çünki yaxşılıq etmək Allaha da xoşdur. Məhz bunun genetik kodu aşağıdakı nümunələrdədir:

Yaxşı söz ilə yılan indən çıqar.

Yaramaz işün sonı pəşimanlıdır.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 190, 191).

Bu genetik kod nə qədər həyat varsa, bir o qədər də insanlarla olacaq, onların əlindən-qolundan tutacaq, köməyinə çatacaq, xeyirxahların, həmişə yaxşılıq etmək istəyində olanların öyüd və nəsihətlərində dönə-dönə səslənəcəkdir:

yanı sərmayə eləonufaizyaxşılıqdır,

O,əvəzində sabanə yaxşı yevə paltaverər.

 

İndi sənə çatıb mənsəb məqamı,

Hadan yaxşı ol, ancaq yaxşılıq elə.

 

Tez-gec dirilər öləcək,

Bax,yaxşı kişölsə ,adı dirqalır.

 

İki cürad var - dildə, ağızda yaşayır,

Həm yaxşı, həm də pis dünyada qalır.

 

Pisə yürlər,yaxşını öyürlər,

Gör hansını seçirsən?

Özüyaxşı olsan,adıöyülər,

Pis olsan söyülər, ey təmiz insan.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 32-33).

İndiyə qədər yaxşılıq edənlər də, pislik edənlər də olub və olacaqdır. Hər şey əvvəlcə, genetik koddan asılıdır. Kimdə yaxşılıq etməyin genetik kodu varsa, o, yaxşılığa, kimdə pislik etməyin genetik kodu varsa, o, pislik etməyə  meyillənir. Və bütün həyatı boyu genetik kodunun təbiətinə, eyni zamanda tələbinə uyğun şəkildə hərəkət edir, əməli fəaliyyətdə olur. Açığı deyək ki, “Yaxşılar yamana can versələr də, yamanlar yaxşını danıb həmişə” misraları genetik kodun təbiətindən və tələbindən qaynaqlanmışdır. Yaxşılıq və pisliklə bağlı mövcud olan məfhumlar tərəf müqabilləri kimi özünü həmişə göstərir. Hətta yaxşı kimi görünən, səslənən bir məfhumun pis kimi görünən və səslənən tərəfləri vardır. Məsələn, yaxşı kimi görünən, səslənən comərd, dəyanət, həya, qənaət, şadlıq, şükr eyləmək və s.-in namərd, dözümsüz, abırsız, israfa yol vermək, qəm, naşükür olmaq kimi mənfi tərəfləri, eləcə də pis kimi görünən xəsislik, tənbəllik, xəbərçilik, yalançılıq və s.-in səxavətli, işgüzar, bütövlük, düzgünlük kimi tərəfləri vardır. Yaxşılığa və pisliyə yaxınlıq göstərmək insanın əməlində görünür. İnsan ömrü boyu yaxşılığı da, pisliyi də özünə dost kimi tapır, bir sözlə, yaxşılığa  da,  pisliyə  də  yaxınlıq  göstərir.  Yaxınlıq  göstərməyin poetik vəsfi barədə deyilən bəzi məsləhətləri elə buradaca xatırlamaq yerinə düşər:

Yaxınlıq işi iki cür olur,

Bu iki şey üçün insan dost tapır:

Biri ilahi sevgi ilə dost olandır,

Bu dostluğun içində əyrilik yoxdur.

Biri də öz xeyri üçün dost olandır,

Bu, güclə dostluqdur, təməli olmaz.

Əgər ilahi dostluq qurmaq istəsən,

Onun nü çəküzünü turşutmaqaşını çatma.

Bunda xeyir gəzmə, səbirli ol,

Onun xeyrini sabah Tanrı verər.

Əgər dostluqdan mənfəət güdürsə,

Belə admla dostluğu kəs.

Dostu xeyirdə - şərdə sına,

Bu işdə möhkəm olsa, ondan bərk yapış.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 312-313).

Yaxşılıq  etmək,  xeyirxahlıq,  başqalarına  diqqət  və qayğı insanı həmişə ucaltmış, digərlərindən üstün etmişdir. Kamil insan pis xasiyyətləri özündən uzaqlaşdırmalı, yaxşılarını isə özünə aşılamalıdır. Pis və yaxşı xasiyyət barəsində Nizamülmülkün “Siyasətnamə”sində yazılır: “Pis xasiyyətlər bunlardır: kin, həsəd, təkəbbür, qəzəb, şəhvət, hərislik, xəsislik, inad, yalançılıq, paxıllıq, naşükür olmaq, yüngülbeyinlik. Yaxşı xasiyyətlər bunlardır: həya, xeyirxahlıq, helm, alicənablıq, bağışlamaq, təvazö, səxavət, sədaqət, səbir, qədirdanlıq, rəhmdillik, elm, ağıl, ədalət”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 152).

Yaxşılıq barəsində XI-XII əsrin ədibi Əhməd Yügnəki yazır:

Müsülman kamüşfikbolıp mihriban

Sanasan dukuntek müsülmankasan

Cefakıldaçınkayanutkılvefa

Arımasneceyusakanbirlekan.

Türkiyə türkcəsinə tərcüməsi:

Müslümanamüşfikolupmerhametet

Seniniçindüşündüğünümüslümanadadüşün

Cefakılanlaravefailekarşılıkver

Kanıkanlanekadaryıkasanarınmaz.

Ümumiyyətlə, hər şeyin yaxşısı hər zaman ələ düşmür. Yaxşı qul da, nökər də elə yaxşı kimi çox dəyərlidir. Layiqli adamlar, yaxşılar birdən-birə yetişmir, burada genetika ilə yanaşı, mühitin, şəraitin, zamanın rolu da böyükdür.

Cəmiyyət yarandığı gündən indiyə qədər yaxşı, pis nə varsa, hamısını məxfi, gizli saxlamadan ortalığa çıxarır. Eyni zamanda yaxşı da, pis də həm sözlə, həm əməllə öz dəyərini alır. Yaxşı yaxşı kimi, pis də pis kimi.

Nizamülmülk “Siyasətnamə” əsərində yazır: “Layiqli və təcrübəli bir qul ələ gətirmək üçün uzun ömür, münasib şərait lazımdır”. Ağıllı adamlar deyiblər:

Layiqlvə quoğuldayaxşıdır”.

Yaxşı qul və nökəri əldən buraxmaq olmaz.


Şair deyir:

bişüuövladdansayaxşıbitqul,

Bu ömr istər ağasına, ölüm dilər oğul

(Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 109). Dünyanın eyiblərinə dözmək yenə də insandan kamillik tələb edir. Dünya vəfasızdır ona görə ki, onun verdiyi səadət nisbidir, əbədi deyildir. O, verdiyi səadəti tez geri ala bilər. Dünyanın malına aludə olanlar başa düşməlidir ki, onun arxasına düşsən, o , səndən qaçacaqdır.

Yaxşı deyilmişdir:

Diqqət etsən, dünya kölgə kimidir,

Qovsan-qaçır, qaçsan ardınca düşür.

Kim ki, dünyanı qovar, dünya ondan qaçar,

Kim dünyadan qaçsa, dünya onu qovar.

Dünya bəzənərək qarşısına çıxır,

Bəzəkli gəlin kimi könül ovlayır.

Könül versən, qır-saqqız olur,

Yaxandan, qolundan yapışır, üyüdüb-tökür.

Xasiyyətikəti də fasızdır,

Əri ilə üç aydan artıq yola getmir.

Dünya  ilə  bağlı  olan  bu  poetik  vəsfin  genetik  kodu hal-hazırda insanların düşüncəsində, fikir və mülahizəsində,  həyat  və  fəaliyyətində  yaşamaqdadır.  “Dünya  malı dünyada qalacaq” atalar sözünün məzmunu da bu genetikanın bir elementi kimi özünü təsdiqləyir. Dünya malı insanlara qurulan bir tələdir. Bu tələni quran tələçi insanlara görünmür, ancaq cahilləri, acgözləri ovlayır, öz tələsinə salır. Bununla da türkün aqilləri insanları dünyanı dərketməyə çağırmış, dünyanın dadsız bir möhnət yolu olduğunu başa salmağa çalışmışlar. Dünyanı dərketmə fəlsəfəsində bütün dünyanın dadı üç şeydə qəbul olunmuşdur:

Bu üç şeyin biri yemək-içmək,

Biri də kişini ovudan qadındır.

 

Üçüncüsü isə sağlamlıqdır,

Ən əfzəli də elə budur.

Dünyanı dərketmə fəlsəfəsində türk aqilləri həm də zövq içində keçən dünyanı nə qədər dadlı qəbul etsələr də, axırda acı ölümün onu dadsız etdiyini də söyləmişlər. Dərketmə fəlsəfəsində zövq içində olan dünya insanın üç düşmənindən biri sayılmışdır.

Dünya bir düşməndir, bədən bir düşmən,

Bu iki düşmənin toru hər yana yayılmışdır.

Üçüncü düşmən şeytan, din oğrusudur,

Tanrı bunlardan qorusun.

Bunlardan ən sərt və yava düşmən bədəndir,

Ən çox xəta da ondan çıxar.

Allahın adını çəksən, şeytan qaçıb gedər,

Dünyadan əl çəksən ondan xilas olarsan.

Ancaq bədəndən necə əl çəkə bilərsən,

Onu ancaq ölüm səndən ayıra bilər.

bir arzusuna çatsa, başqa arzuya düşür,

Ona da yetsə, insana tam hakim olur.

Bədənə bax, sanki ov itidir,

Kökəlsə, sahibinin haqqını tanımaz.


(Yusif Balasaqunlu. Qutadqu bilik xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 269, 270).

 

Ardı var…

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir