Arxiv
28 mart 2019, 10:01 | DİASPOR
ABŞ-da Demokrat Partiyasının azərbaycanlılar üzrə məsul şəxsi - Ərcan Yerdələnli kimdir?  

Böyük həyat təcrübəsi var. Gənclik illəri çox təlatümlü keçib və siyasi proseslərin təzadlı dövrünə düşüb. Nəhayət Amerikaya gəlib. Buraya gələndən sonra rahat həyata başlayıb. Bizneslə məşğul olub, hara gedibsə qarşısına uğur çıxıb…


Haqqında söhbət açdığım Ərcan Yerdələnli əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Orta təhsilini orada başa vurub. Bir neçə ildən sonra Almaniyaya gedib. Almaniyada olarkən necə deyərlər, başı təhsilə qarışıb. Yeddi il Münhendə universitetdə oxuyub. 1986-cı ildən ABŞ-da yaşayır. Əvvəlcə Nyu Cersi ştatında geyim malları dükanı açaraq ticarətlə məşğul olub. Sonra turizm şirkəti təsis edib. Yeddi il də həmin şirkətə rəhbərlik edib. Eyni zamanda bir neçə dostu ilə ortaq fabrik yaradıblar. Fabrik ABŞ-ın müdafiə departamentinin sifarişi ilə hərbi texnikalar üçün ehtiyyat hissələri istehsal edirmiş. 2006-ı ildən təsis etdiyi "Limuzin" nəqliyyat şirkətinin rəhbəridir...


…Ömür-gün yoldaşı Sunay xanım əslən gəncəlidir, Türkiyənin İğdır vilayətində dünyaya gəlib. Evdar xanımdır. Üç övladı var - iki qız, bir oğlan. Üçü də ali təhsillidir…


2010-cu ildə "Azərbaycan Nyu York Asossasiyası"na prezident seçilib. Ötən doqquz ildə çox işlər görüb. Hər il 20 yanvardan başlayaraq 31 dekabr Azərbaycanlıların Həmrəyliyi gününə qədər müxtəlif tədbirlər təşkil edir. Məsələn, qara yanvarda Nyu-Yorkun Bruklin hissəsində olan Eyyub Sultan məscidində 150-200 adama ehsan verir, bundan əlavə, faciə ilə bağlı film nümayiş etdirirlər. Adətən bu tədbirə Azərbaycanın BMT-dəki nümayəndəsi və Türkiyə konsulluğunun əməkdaşları da qatılırlar. Xocalı soyqrımı günündə isə BMT-nin, o cümlədən erməni missiyası adlandırılan təşkilatın qarşısında etiraz aksiyaları keçirirlər. Novruz bayramı, müstəqillik günümüz və digər milli, rəsmi bayramlarımız bir başqa şadyanalıqla keçirilir. Bu tədbirlərə demək olar ki, Nyu-Yorkda yaşayan vətənpərvər soydaşlarımızın böyük əksəriyyəti qoşulur…


Deyir ki, ən böyük istəyi Nyu-Yorkun Metropoliten muzeyində Azərbaycan mədəniyyəti və incəsənəti nümunələrinin sərgisini təşkil etməkdir.

“Düşünürəm ki, iki ay davam edəcək bu sərgidə amerikalılar Azərbaycanla yaxından tanış ola bilərlər. Pensilvaniya ştatının Filadelfiya şəhərindəki dünya ölkələrinin bayraqları olan küçədə üçrəngli bayrağımızın da dalğalanmasına çox çalışıram"…

…ABŞ Demokrat Partiyasının etnik qrupların kordinasiya şöbəsində azərbaycanlılar üzrə məsul şəxsdir. Amerikada olan bütün türk təşkilatları ilə isti münasibəti var. Və bu onun ictimai-siyasi fəaliyyətinə yardımçı olur…


Mütaliə etməyi xoşlayır. Azərbaycan ədabiyyatından hansı kitabı desən evində görmək mümkündür. Bəlkə də kitabxanasında dörd minə yaxın kitab var. İbadətindən qalmır, namazdan, orucdan kəsiri yoxdur. 

Qarabağdan söhbət düşəndə isə çox kövrəldi. "Allaha həmişə yalvarıram, işğal altında olan torpaqlarımızı azad görmədən mənə qıymasın. İstəmirəm ki, bu dünyadan gözü açıq gedim"- deyə gözləri yaşardı…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52