Modern.az

Gənclər internetdən əyləncə kimi istifadə edir

Gənclər internetdən əyləncə kimi istifadə edir

20 Dekabr 2011, 12:03

Bələdiyyə Resurs və Təlim Mərkəzi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Regionlarda gənclərin internetin imkanlarından daha səmərəli istifadəsi» adlı layihə  çərçivəsində növbəti təlimini keçirib. Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində Gəncə şəhərində Gəncə Dövlət Universitetində yerli QHT_lərin, tələbələrin və media nümayəndələrinin iştirakı ilə təlim təşkil olunub.

Təlimdə gənclərin internetə yalnız əyləncə kimi baxmalarından çıxış yolları, İnternet imkanlarından daha səmərəli faydanlanmanın yollarından danşılıb.. Mərkəzin rəhbəri Pərviz Həşimli bildirib ki, gənclərin İnternet resurslarından effektiv və səmərəli istifadə etmələri üçün onların bu sahədə maarifləndirilməsi çox vacibdir.Onlara İnternet haqqında geniş məlumatın verilməsi, axtarış sistemlərində necə işləmək lazım olduğuni, elmi-mədəni məlumatların necə əldə etmələri və onların əhəmiyyəti haqqında məlumatlandırmanın vacibliyinin onlara aşılanmasına ehtiyac vardır».

Təlim iştirakçıları arasında aparılan sorğuda onların internetdən necə yararlanması barədə suallara da cavab axtarılıb. Təlim iştirakçılarının əksəriyyətinin cavabından bəlli olub ki, onlar internetə daha çox əyləncə  baxımından yanaşırlar.

 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir