Arxiv
29 mart 2019, 17:10 | PARLAMENT
“Ayıb olsun, Əli Nağıyev!” - YAP-çı deputatdan keçmiş nazirə SƏRT SÖZLƏR  

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev  son günlər bəzi açıqlamaları ilə gündəmə gəlib.

O, “Demokrat.az”a müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvləri barədə  danışarkən sərt ifadələrdən istifadə edərək, “700 min inək” sözünü işlədib.
Belə ki, Ə.Nağıyev jurnalistin YAP üzvləri barədəki sualına cavabında “...sən deyirsən ki, YAP-çılar, hansı ki, 700 min üzvü var. Mən bilmirəm ki, bu gün Azərbaycanda 700 min inək var, ya yoxdur. Sən məni niyə bunlarla yanaşı qoyursan? Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam” vurğulayıb. 

YAP-ın qurucularından biri olan və hazırda da onun sıravi üzvü kimi fəaliyyət göstərən Əli Nağıyevin bu cür fikirlər səsləndirməsi partiyadaşlarının qəzəbinə tuş gəlib.

Yeni Azərbaycan Partiyası Yevlax  rayon təşkilatının sədri, deputat İlham Məmmədov  Modern.az-a açıqlamasında Əli Nağıyevin fikirlərini etikadankənar qiymətləndirib:

“Vaxtilə YAP-ın funksionerlərindən və sədr müavinlərindən olmuş Əli Nağıyev ulu öndərimizin kölgəsinə, işığına sığınmış, məhz onun etimadı ilə məqamlara çatmışdı. İndi Əli Nağıyev partiyamızın üzvləri haqqında təhqiramiz ifadə işlədib. Bu ifadəni etikadankənar hal kimi qiymətləndirirəm.

Görəsən, Əli Nağıyev partiyanın 700 min üzvünü təhqir edəndə nə fikirləşirdi?!. Axı hazırda da həmin 700 min insanın içindədir”.


Deputat bildirib ki, özünü YAP-ın qurucusu kimi təqdim edən Əli Nağıyevin vaxtilə partiya yaratmaq fikri vardısa, Heydər Əliyevdən əvvəl niyə yaratmırdı:


“O deyir ki, partiyanın ideya müəllifi və yaradıcılarındanam. O zaman sual olunur:  Əli Nağıyev, elə bir ideyan var idisə, 1990-cı illərdə  partiya yaradardın və xalqı da arxanca aparardın. Axı, siz kim idiniz?! Heydər Əliyev kimi nəhəng insan olmasaydı, siz partiya yarada bilərdinizmi?  Sizi öz ətrafına Heydər Əliyev yığdı. O məqamı sizə Heydər Əliyev verdi. Bu gün sizi kimsə xatırlayırmı?!”.

İlham Məmmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının üzvləri çox hiddətləniblər:
 

“Deyirlər ki, Əli Nağıyevə ayıb olsun! O ki, partiyanın funksionerlərindən biri olub. Heydər Əliyevin etimadı ilə əmək və əhlinin sosial müdafiəsi naziri, daha sonra Belarusda səfir olaraq Azərbaycan dövlətini təmsil edib. Yaxşı, bu gün partiyanın üzvlərini bu formada təhqir etmək olarmı?! O partiyanın üzvləri arasında alimlər, ziyalılar, akademiklər var. Bu insanların hamısı bir ağızdan sənə deyir: “Ayıb olsun, Əli Nağıyev!”.  Bu gün 700 min partiya üzvü Əli Nağıyevi qınayır. Hesab edirəm ki, bu qınaq ona bəs edər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55