Modern.az

Səfir: Hindistanda Azərbaycana maraq artır

Səfir: “Hindistanda Azərbaycana maraq artır”

29 Mart 2019, 19:05
"Hindistanla Azərbaycan arasında tarixi və mədəni bağlar üzərində qurulmuş dostluq münasibətləri mövcuddur". 
 
Modern.az xəbər verir ki, bu sözləri Hindistanın Azərbaycandakı səfiri Şri B.Vanlalvavna deyib:  
 
"1992-ci il ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından etibarən illər ərzində münasibətlərimiz tədricən inkişaf etmiş edib və güclənib. Əlaqələrimizi növbəti mərhələyə aparmaq üçün uyğun bir zamandayıq".  
 
Səfir bildirib ki, ikitərəfli ticarət dövriyyəsinin həcmində ötən illərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunub.  
 
"Ticarət səbətimizin həcminə baxdıqda görərik ki, artım və şaxələnmə üçün böyük potensial var. Bizim mövqeyimizdən əczaçılıq məhsulları, mühəndislik məhsulları, avtomexanika, sənətkarlıq məhsulları, mebel, tekstil məhsulları, çay, ədviyyatlar, düyü kimi Hindistan məhsulları üçün Azərbaycan bazarında böyük tələbat var. Digər tərəfdən, Hindistanda Azərbaycana maraq artır və bu gözəl ölkəniz turistlər üçün getdikcə cazibəli məkana çevrildiyi üçün daha çox hindistanlı Azərbaycana səfər edir".  
 
Səfir deyib ki, Hindistan və Azərbaycan şirkətləri hər iki ölkənin iqtisadiyyatına sərmayə yatırmaü imkanlarını araşdırır.  
 
"Araşdırmalar tamamlandıqda biznesimizin fəaliyyəti üçün daha sərfəli ekosistem təmin edəcək vergititma və investisiya ilə əlaqəli müqavilələr üzrə tərəflər danışıqlar aparır. Cənub Nəqliyyat Dəhlizi və birbaşa hava əlaqəsi daxil olmaqla nəqliyyat və əlaqələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığımız tamamilə reallaşdıqda ümumiyyətlə iqtisadi əlaqələrimiz üçün genişmiqyaslı imkanlar nəticələr doğuracaq".
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir