Modern.az

Elxan Şahinoğlu: “Paşinyan üzərinə məsuliyyət götürmək istəmir”

Elxan Şahinoğlu: “Paşinyan üzərinə məsuliyyət götürmək istəmir”

30 Mart 2019, 10:02

“Vyana görüşü arxada qaldı. Həmsədrlər il ərzində növbəti görüşün hazırlıqlarına başlayacaqlar”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşadırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, həmsədrlərin hazırda başlıca məqsədi isti aylarda hərbi toqquşmanın qarşısını almaqdır:

 

“Bu məsələdə Nikol Paşinyan həmsədrlərlə həmrəydir. Paşinyan Vyanada Azərbaycan prezidenti ilə görüşdən sonra erməni diaspor nümayəndələri ilə görüşdü. Paşinyanın verdiyi açıqlamadan bu qənaətə gəlirəm ki, Ermənistanın baş naziri əvvəlkitək danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır, çünki üzərinə məsuliyyət götürmək istəmir. O danışıqlarda əsasən “mövcud durumu necə qoruyaq”, “necə edək ki, atəşkəs pozulmasın” kimi bəndlər ətrafında müzakirə aparmaq istəyir. Bu danışıqların sıfır nöqtəsinə qayıdışdır. Bizi bu bəndlər maraqlandırmır və maraqlandırmamalıdır. Biz prinsipial – “Dağlıq Qarabağ ətrafındakı rayonlar nə zaman boşaldılacaq?”, “qaçqınların geri qayıtması müddəti nə qədər çəkəcək?” və sair bəndlərin müzakirəsində maraqlıyıq. Belə anladım ki, Vyanada bu bəndlər müzakirə olunmayıb. Bunu proqnozlaşdırmaq çətin deyildi”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir