Modern.az

“Ermənistanda konstruktiv düşüncəli şəxs yoxdur”         

“Ermənistanda konstruktiv düşüncəli şəxs yoxdur”         

Aktual

30 Mart 2019, 11:29

“Dünya artıq Ermənistanın işğalçı dövlət olduğunu, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün halına saldığını, Xocalı və Bağanıs Ayrım kimi soyqırımlarını törətdiyini qəbul edir”.

 

Bunu Modern.az-a Ermənistan və Azərbaycan rəhbərlərinin Vyana görüşünü şərh edərkən politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, Ermənistanın işğalçı qoşunlarını bölgədən çıxarmasını tələb edir:

 

“Azərbaycanın bu məsələdə üstünlükləri, regionda və Avropada nüfuzu kifayət qədər yüksəkdir. Ciddi siyasi və iqtisadi problemlərlə baş-başa qalmış Ermənistan isə vaxtilə rus qoşunlarının dəstəyi ilə nail olduğu işğal amilini qorumağa çalışır.

Dünya ölkələri tərəflərdən konkret nəticəli danışırlar həyata keçirmələrini, Cənubi Qafqazdakı bu problemi həll etmələrini istəyir. Bütün güclər yaxşı bilir ki, problemin saxlanması birmənalı olaraq, Rusiyanın maraqlarına xidmət edir. Həm bu səbəbdən, həm də Qarabağ probleminin dünyadakı ümumi proseslərə, iqtisadi duruma təsir etməsi nədəni ilə dünya münaqişənin həllinə can atır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən ölkələr isə Rusiya və İrandır”.

 

Qabil Hüseynli vurğulayıb ki, Azərbaycan prezidenti Vyana görüşünə ciddi psixoloji, diplomatik üstünlüklə gedib:

“Amma görüşün ilkin nəticələri haqqında fikirlər müsbət deyil. Vyana görüşü nəticəli danışıq olmadı. Ermənistanın qeyri-konstruktiv mövqedə olması, Nikol Paşinyanın iddialı çıxışlar etdiyini qeyd etməliyik. Lakin Ermənistan rəhbərliyi ölkəsinin gücsüzlüyünü dərk edirsə, danışıqların nəticəli olması üçün səy göstərməli idi. Vyana görüşünün nəticəsindən də görünür ki, Ermənistanda demokratik fikirli rəhbərlik, konstruktiv düşüncəli şəxslər yoxdur.

Azərbaycan nəticəsiz danışıqları davam etdirmək niyyətində deyil. Ermənilər bilməlidirlər ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu gün bizim əlimizdə alternativ vasitələr də var. Azərbaycanın ordunun gücü ilə torpaqlarınmızı işğaldan azad etməyə qadirdir, buna da hazırlaşır. Hələlik isə bu yolda əngəllər yaradan əsas ölkə Rusiyadır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi