Arxiv
30 mart 2019, 12:06 | HADİSƏ
Sürət həddinə görə kameralar vasitəsilə cərimə yazıla bilər? - Yol polisindən AÇIQLAMA

Son bir neçə ildir yollarda quraşdırılan xüsusi texnikalar sürət həddini aşan avtomobilləri qeydə alır, sürücülər barəsində elekton protokol tərtib olunur. Bu, əsasən radarlar vasitəsilə gerçəkləşir.


Maraqlıdır ki, bəzi sürücülər müşahidə kameraları vasitəsilə də onlara cərimə yazıldığını bildirirlər.
Sürət həddi kameralar vasitəsilə müəyyən edilə bilərmi? Yol polisi müşahidə kamerasına əsaslanıb,  sürücünü sürət həddini aşdığına görə cərimələyə bilərmi?


Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, avtomobillərin sürəti aşması xüsusi texnika vasitəsilə qeydə alınır.


“Yollarda xüsusi texnikalar vasitəsilə nəqliyyat vasitələrinin sürəti ölçülür. Hər hansı bir qayda pozuntusu baş verərkən nəqliyyat vasitəsinin sürücüsü barədə dərhal elektron qərar tərtib olunur. Müəyyən müddətdən sonra kağız daşıyıcıda və ya SMS vasitəsilə sürücüyə məlumat verilir. Hansısa bir qayda pozuntusu olarsa, bu 3 qaydada – kağız daşıyıcıda yaşadığı ünvana, SMS vasitəsilə mobil telefona və sürücünün yaratdığı elekton kabinetə yerləşdirilərək, ona çatdırılır.  Yolda polis saxlayıb bu barədə məlumat verirsə, burada heç bir qanunazidd hərəkət yoxdur. Sürücü elekton kabinetini diqqətdə saxlamalıdır. Əgər sürücü ona qarşı doğru qərar qəbul edilmədiyini düşünürsə, Dövlət Yol Polisinin “902 qaynar xətti”nə və ya Daxili İşlər Nazirliyinin “102 qaynar xətti”nə zəng vurub şikayət edə bilər. Şikayətlər araşdırılandan sonra ona məlumat veriləcək”.


Hüquqşünas Ərşad İbrahimov deyib ki, sürət rejiminin pozulması yalnız radar və kamera ilə qeydə alınıb elektron qərar ilə rəsmiləşdirilə bilər.


“Sürücü sürət rejimini pozub deyə yol polisi onu saxlayıb cərimələyə bilməz, qanun bunu qadağan edib. Sürət həddinin aşılması ilə bağlı qayda pozuntusu mərkəzi sistem vasitəsi ilə qeydə alınır, sürücüyə göndərilir. Yol polisi sürət həddini aşan sürücünü saxlaya bilər, bəlkə sürücü sərxoşdu və ya başqa problem var, amma sürət həddini aşdığına görə cərimə yaza bilməz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah Bakıda 38 dərəci isti olacaq 22 Avqust 2019, 12:52 Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - Atakişiyevlər ailəsindən REPORTAJ 22 Avqust 2019, 12:49 İran öz istehsalı olan raket sistemini təqdim etdi 22 Avqust 2019, 12:44 Ermənilər BMT-də Azərbaycana qarşı təxribata əl atdılar - FOTOFAKT 22 Avqust 2019, 12:28 BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı! 22 Avqust 2019, 12:14 Ermənistanda hindistanlı terrorçular saxlanıldı 22 Avqust 2019, 12:10 Rusiya “Fyodor”u kosmosa göndərdi - FOTO 22 Avqust 2019, 12:02 Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır 22 Avqust 2019, 11:43 Bakı metrosuna daha 2 yeni qatar buraxıldı 22 Avqust 2019, 11:34 Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38