Modern.az

Tofiq Zülfüqarov: “Vyana görüşünü Azərbaycanın diplomatik üstünlüyü kimi qəbul edə bilərik”

Tofiq Zülfüqarov: “Vyana görüşünü Azərbaycanın diplomatik üstünlüyü kimi qəbul edə bilərik”

30 Mart 2019, 13:35

“Danışıqların formatının Ermənistanın iddia etdiyi istiqamətdə dəyişməməsini Azərbaycanın diplomatik üstünlüyü kimi qəbul edə bilərik”.

 

Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan və Azərbaycan rəhbərlərinin Vyana görüşünü şərh edərkən söyləyib. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti dəqiq bilir ki, danışıqlar və vasitəçilər yolu ilə torpaqlarımızı işğaldan azad etmək mümkün olmayacaq:

“Çünki Ermənistan danışıqlara ciddi yanaşmır. Nikol Paşinyan hakimiyyətə gələndən sonra daha popolist, iddialı mövqe ilə çıxış etməyə başladı. Onun bu cür populist çıxışlarının həmsədrlər tərəfindən qarşısı alındı. Qeyd edildi ki, nə danışıqların formatı, nə də mövzusu dəyişəcək. Bu çox vacib məsələdir.
Ermənistan baş naziri deyirdi ki, torpaqların azad olunması məsələsini müzakirə etmirik. Amma danışıqlara qatılıb və bu mövzu həmsədrlərin bəyanatında da vurğulandığı kimi müzakirə olunub. Təbii ki, bu müzakirə heç bir fayda verməyəcək. Çünki Ermənistanın konstruktiv mövqeyi yoxdur. Hər halda beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırki mövqeyi göstərməsi təbliğati baxımdan vacib hadisədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI