Arxiv
1 Aprel 2019, 12:53 | PARLAMENT
Azərbaycanlı deputatlar Türkiyə seçkilərindəki bir məqama üzülüblər: “Çox təəssüf edirik”

Türkiyədəki bələdiyyə seçkiləri Azərbaycabnda da böyük maraqla izlənilir. İstanbul Bələdiyyəsi uğrunda seçkilərdə müxalifət partiyası - CHP-nin namizədi Əkrəm İmanoğlu qəlbə qazanıb. Bu barədə artıq Yüksək Seçim Kurulunun rəsmi açıqlamasında bildirilir.

Türkiyədə hakim partiya - AKP İstanbul bələdiyyəsi uğrunda mübarizəni faktiki olaraq uduzdu.

Modern.az saytı martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri barədə bir neçə deputatın fikirlərini öyrənib.


Milli Məclisin deputatı Fazil Mustafanın
sözlərinə görə, əsas narahatlığı İğdırla bağlı idi:

“Türkiyədəki bələdiyyə seçkilərini izləyərkən narahatlığım İğdırla bağlı idi. Qalan məsələlərə əhəmiyyət vermirdim. Çünki seçkilər Türkiyə xalqının seçimidir. Qərar veribsə, deməli öz xeyrinə olanı  verib. Bələdiyyə seçkiləri Türkiyə üçün çox önəmlidir. Daxili siyasətdə çox ciddi dəyişikliklər deməkdir. İndiki iqtidar partiyası uzun illərdən sonra ilk dəfə böyük şəhərlərdə məsələn, İzmirdə məğlub olması gözlənilən idi. Ankarada, İstanbulda məğlub olması isə yeni bir situasiya yaradır. Ancaq bu, Türkiyə dövlətinin ümumi kursunun dəyişməsinə əsas vermir. Çünki Türkiyədə əsas fiqur prezidentdir. Təbii ki, bunun Türkiyədəki iqtidar siyasətinə təsiri olacaq. Əsas İğdırdakı hadisə bizim üçün xoşagələn deyil. Çünki İğdır Türkiyə ilə qapımızdır. Onun HDP-nin əlinə keçməsi yaxşı hal deyil. Ancaq bu günə kimi də belə idi. Yəqin ki,  bundan sonra da bir problem olmaz. Türkiyənin dövlət quruluşları, daxili qoşunları güclüdür. Ona görə də İğdırda hər hansı terror təbliğatının genişlənməsinə imkan verməyəcək. Ümid edirəm ki, seçki bütövlükdə Türkiyə cəmiyyətinin reallıqlarını üzə çıxartdı. Müəyyən dərəcədə xalq daxili siyasətdə dəyişiklik istədi və bunu etdi. Baxmayaraq ki, iqtdidar partiyası öndədir, gözlənildiyindən daha az səs aldı və xüsusilə böyük şəhər bələdiyyələrində itkilərə məruz qaldı. Ümid edirəm ki, bələdiyyə seçkiləri Türkiyə xalqı üçün xeyirli olacaq”.

Deputat  Fəzail Ağamalı  Türkiyədə keçirilən bələdiyyə seçkilərinə ciddi əhəmiyyət verdiyini bildirib:

“Seçkilər qardaş ölkənin idarəçilik sistemində, siyasi mühitində son dərəcə mühüm hadisədir. Kiçik epizodlar istisna olmaqla, seçkilər normal keçdi. Ciddi qarşıdurma olmadı. Seçkilər demokratik, ədalətli və şəffaf keçdi. Ptrezident Ərdoğan çıxışında bir daha türk millətinə təşəkkür etdi. Bu, həm də Cümhuriyyət İttifaqı -  AKP ilə MHP-nin prezident seçkilərindən sonra qazanmış olduğu kiçik uğurdur. Bu, MHP-nin bir daha dövlətin və millətin taleyini hər şeydən üstün tutduğunu nümayiş etdirdi. Beləliklə, Cümhuriyyət İttifaqı daha üstün mövqe ilə bu seçkilərdən çıxdı.

Ana müxalifət kimi Cümhuriyyət Xalq Partiyası ikinci yerə çıxa bildi. Əlbəttə, Cümhuriyyət Xalq Partiyasına münasibətdə fərqli fikrim var. Onların mövqeyini dəstəkləmirəm. Onların partiyasında dəfələrlə ermənilərə xüsusi rəğbətin göstərilməsinin, eyni zamanda, PKK ilə bağlı fərqli fikirlərinin də şahidi olmuşuq. Bunlar mənim həmin partiyaya qarşı münasibətimdə özünün təsirini göstərir. Düşünürəm ki, AKP-nin  qələbə qazanması onun haqqıdır. Həmçinin, Ankara və İzmir kimi yerlərdə Cümhuriyyət İttifaqının qələbə qazana bilməməsi təəssüf doğurur. İğdırda  Azərbaycan kökənli İsa bəy  qalib gəlmədi. Buna çox təəssüfləndim. Azərbaycan özünün dayağını itirdi”.

Deputat Məlahət İbrahimqızı deyib ki, Türkiyədəki bələdiyyə seçkilərini böyük coşquyla izləyib:


“Türkiyədə bələdiyyə seçkiləri hər zaman gərgin və yarışmalı keçir. Bu, seçkiöncəsi və hazırlıqlar zamanı özünü göstərir.  Seçkilərdə çoxluğu AKP götürdü. Seçkidən öncə AKP ilə MHP ittifaq yaratmışdı.  Lakin sonradan proses dəyişdi. Əsas təəssüfləndiyim məqam İğdırla bağlıdır. Azərbaycan kökənli namizəd seçilmədi. Bildiyiniz kimi, İsa bəy əslən Azərbaycandan idi. Sadəcə, təəssüf etdim. Buna baxmayaraq,  bu seçkilərin Türkiyə xalqı üçün xeyirli olacağını düşünürəm və arzulayıram”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41