Modern.az

“AKP iqtidarına son qoyulacaq” – Türkiyəli deputat

“AKP iqtidarına son qoyulacaq” – Türkiyəli deputat

Aktual

1 Aprel 2019, 16:52

“Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan dövlətin bütün imkanlarını istifadə etməsinə, təzyiq etməsinə rəğmən partiyası uduzdu”.

 

Bu sözləri Modern.az-a açıqlamasına Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından(CHP) olan deputatı Atila Sertel ölkədəki bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, başda İstanbul, Ankara və İzmir olmaqla Antalya, Adana, Mersin, Eskişehir kimi böyük şəhərlərdə və rayonlarda CHP qalib gəldi.

 

“Əslində xalq iqtidara ilk dərsini verdi. Keçiriləcək ilk əsas seçkilərdə də Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarına son qoyulacaq. Çünki Türkiyə yaxşı idarə edilmir, demokratiya, hüquq ortadan qaldırıldı, iqtisadi sıxıntılar artdı, yatırım yoxdu.

 

AKP hökuməti israf siyasəti həyata keçirir, kənd təsərrüfatı qazancı ilə işçi, məmur, təqaüdçü aldığı maaşla keçinə bilmir. Bələdiyyə seçkilərində Türkiyə iqtidara ilk xəbərdarlığı etdi. Ümid edirəm xalqın səsinə qulaq asarlar. Qazanan CHP və CHP namizədləri olmadı, xalqımız və Türkiyə qazandı”.

 

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir