Arxiv
2 Aprel 2019, 00:01 | ÖLKƏ
Yurd Donoru – Kəlbəcərsiz 26 il – VİDEO

25 il sağaltdığı xəstəliyin tükətdiyi Vətəndaş Vətən - Kəlbəcərsizlik xəstəliyinin qurbanı

 

Kim üçün həkim, kim üçün müəllim, kimisi üçün də ağsaqqal olsa da, onun tam fərqli özəlliyi vardı: Bəhram Sarıyev el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə köçürüb Kəlbəcərləşən adam idi... Kəlbəcər  bir məkan olaraq, öz ruhunu Bəhram həkimə köçürmüşdü... Bütün kəlbəcərlilər də hər dəfə onunla görüşəndə sanki vətənə baş çəkirdilər...

                 

                                                         ***

 

Bəhram Sarıyev həm də SƏS olaraq yaşayıb... Kəlbəcər dağlarının şairənəliyindən, vüqarından yaranan bir saz  səsi kimi...

Yurdun ruhu, yaddaşı həmişə bu səsdə oyaq qalıb.

 

Bəzən bir cərrah kimi barmaqlarında dillənib, insanlara şəfa verib, bəzən müəllim kimi nitqində danışıb zehinlərə işıq salıb, bəzən bir ağsaqqal kimi təmkinli görkəmində işıqlanıb, insanlara yol göstərib bu SƏS

 

Amma SƏS kimi yaşayan Bəhram Sarıyev istər barmaqlarında, istər nitqində, istərsə də təmin və müdrikliyində hər zaman hər kəsə Kəlbəcər ruhu, ovqatı ötürüb...

 

                                                         ***

 

Bəhram həkim doğma Kəlbəcəri  ruhuna  yerləşdirib və onu bir qala kimi qoruyub. 

Ağır illərdə yaradılan Murovdağ  Cəmiyyəti  Bəhram Sarıyevin əslində, ictimailəşmiş variasiyası idi… O, darda olan kəlbəcərlilərə yardım edib, onların harayına çatmaq üçün  bu yolu seçmişdi. Murovdağ, başqa cür desək, cəmiyyətləşən  Bəhram həkim öz işini layiqincə də gördü…

Oradakı kabinetinə də bütün Kəlbəcəri  sığdıra bilmişdi. Deyilənə görə, kabineti sanki palata idi və Kəlbəcər yaralılarını  orada səhərdən-axşama müalicə edib, sağaldırdı.

Amma onun başqa əsas vəzifəsi var idi: Qan itirənə qan vurulduğu kimi, Kəlbəcəri itirənlərə də Kəlbəcər ruhunu Bəhram həkim köçürürdü… Özünün söz-söhbəti, şeir-sovqatı, ağayana təmkini, mülayim siması ilə…

O, kəlbəcərlilər üçün kəlbəcərsizliyin ən yaxşı donoru idi…. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Kəlbəcər  köçürürdü…Ona görə də, Bəhram həkim dünyasını dəyişəndə bu elin insanları sanki Kəlbəcəri yenidən itirdilər….

                                                        ***

O, həm də müəllim idi. Lakin hamının bildiyi kimi təkcə Tibb Universitetinin müəllimi olmayıb. Doğrudur, bu işində də xeyli tələbələr yetişdirib, dəyərli həkimlər formalaşdırıb. Amma onun həyatdakı əsas tədris predmeti tibb olmayıb. Bəhram müəllimin əsas tədris predmeti Kəlbəcər idi… O, varlığı ilə, həyat tərzi ilə, sözü-sovu, baməzə və müdrik, şairanə nitqi ilə insanlara Kəlbəcəri, daha doğrusu, bu yurdun mahiyyətini öyrədirdi. Tibbin hər hansı sahəsini bəlkə də başqasından öyrənmək olardı. Amma kəlbəcərçilik dərsini isə Bəhram müəllimdən yaxşı tədris edən kimsə tapılmazdı…

                                                                    ***

Bəhram Sarıyev vəfatı  ilə həm də vacib bir işi görmüş oldu: İçindəki ruhu-mikrokəlbəcəri, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna –Makrokəlbəcərin təbiətinə qaytardı… Kiçik zərrə öz Günəşinə qovuşdu…Bəhram Sarıyev bu gün doğma Kəlbəcərin kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə nə həkim, nə müəllim nə də bir donor kimi yardım edə bilmir…

***

Əvvəldə də dediyimiz kimi, Bəhram həkim kəlbəcərlilər üçün kəlbəcərsizliyin ən yaxşı donoru idi…. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Kəlbəcər köçürürdü…Övladlarının da dediyi kimi ömrünün son iki ilini yataqda keçirib, fizioloji qocalıqdan əziyyət çəkdi…

Amma bəlkə də onu əldən salan, tükəndirən elə bu donorluq missiyası idi… O, ruhundakı Kəlbəcəri misqal-misqal hər kəsə ötürüb, özünü kəlbəcərsizliklə tükətdi, sonuna hazırladı… Başqa cür ola da bilməzdi. Çünki ruhunu yenidən həmin enerji ilə doldurmaq üçün Bəhram həkimə yalnız doğma Kəlbəcərin özü lazım idi…

 

                                                           ***

 

Bəhram Sarıyev vəfatı  ilə  içindəki ruhu-mikrokəlbəcəri, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna–makrokəlbəcərin təbiətinə qaytardı…

O, bu gün doğma Kəlbəcərin kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə nə həkim, nə müəllim nə də bir donor kimi yardım edə bilmir…

Nəinki Bəhram həkim, bu gün bütün dünya Kəlbəcərsizlik xəstəliyinin  müalicəsində acizdir... 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37 Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq 24 May 2019, 12:36 60 yaşlı kişinin boğazı kəsilərək öldürüldü - cinayət işi başlandı 24 May 2019, 12:32 Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib” 24 May 2019, 12:26 Bakıda daha 6 sosial bina tikiləcək - Güzəştli mənzil almaq istəyənlərə XƏBƏR VAR 24 May 2019, 12:23 Qohum evliliklərindən doğulan uşaqlarda korluq da yaranır - RƏSMİ 24 May 2019, 12:22 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:17 Teatr direktoru Paşinyanı məhkəməyə verdi 24 May 2019, 12:09 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:08 Tağı Əhmədov: “YAP ümumxalq patiyası kimi…” 24 May 2019, 12:05 Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqladı - MÜSAHİBƏ 24 May 2019, 11:50 XİN ABŞ vətəndaşının adını “qara siyahı”dan çıxardı 24 May 2019, 11:46 Doğum gününüz mübarək, Ramiz Novruz! 24 May 2019, 11:45 DİN də TƏKZİB ETDİ: “4 azyaşlı qızın hamilə xəbəri yalandır!” 24 May 2019, 11:40 “Bakı futbolçuları da, qonaqları da qarşılamağa tam hazırdır” – Vitse-spiker 24 May 2019, 11:40 Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq 24 May 2019, 11:33 “Ermənistanda peşəkar siyasətçilər yoxdur” – Siyavuş Novruzov 24 May 2019, 11:29 Ağstafada 18 yaşlı xanım hamilə olub – Polisdən AÇIQLAMA 24 May 2019, 11:18 Sarkisyan yenidən siyasi mübarizəyə qoşuldu 24 May 2019, 11:16 Deputat Fəzail İbrahimli rayonlarda görüşlər keçirdi 24 May 2019, 11:16 Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik” 24 May 2019, 11:14 Baş həkimdən “Ağstafada 4 yeniyetmə hamilə qalıb” xəbərinə REAKSİYA 24 May 2019, 10:59 Deputat kəndlərdə sakinlərlə görüşdü 24 May 2019, 10:47 Azərbaycanda spirtli içki istehsalı kəskin ARTIB 24 May 2019, 10:43 Bakıda “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi - bələdiyyələrin gender əsaslı təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib - Foto 24 May 2019, 10:37