Arxiv
3 Aprel 2019, 08:10 | DİASPOR
Texasda Universitet professoru - Azərbaycanlı xanım ABŞ-a necə gedib…

ABŞ-da alimlik dərəcəsi almaq çox çətindir. Belə insanları elm fədail’ri də adlandırmaq olar, böyük zəhmət, gərgin elmi araşdırma nəticəsində bu dərəcəyə yüksələ bilirlər. Bu gün mən sizə onlardan biri - ABŞ-da fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alan, həmyerlimiz Dürdanə xanım Balakişiyevadan söhbət açmaq istəyirəm.

O, düz iyirmi ildir ki, Amerikada yaşayır…

Dürdanə xanım Bakıda dünyaya gəlib. 1992-ci ildə 15 yaşında ikən 189 nömrəli orta məktəbi bitirib. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakultəsində ali təhsil alıb. Sonra bir il də İtalyanın Triest şəhərindəki "Beynəlxalq Nəzəri Fizika Mərkəzi"ndə oxuyaraq yüksək enerji fizikası üzrə magistr dərəcəsinə yiyələnib. 1999-cu ildə ABŞ-ın Nyu-York ştatına gəlib. Yeddi il məşhur Sirakus Universitetinin doktoranturasında elmi araşdırmalarla məşğul olub. 2006-cı ildə oranı həm eksperemental fizikadan magistr dərəcəsi ilə və həm də fizika üzrə fəlsəfə doktoru kimi başa vurub. Həmin il Florida ştatına köçüb və Florida Universitetində altı il post doktorantura keçərək astrofizika sahəsində "qara materiya"nı tədqiq edib. 2014-cü ildən Texas ştatının Dallas şəhərində yaşayır. Burada Cənubi Metodist Universitetində mühəndislik və tibb fakultələrinin tələbələrinə fizikadan dərs deyir, professordur…

…Atası Nazim Balakişiyev cəzacəkmə müəsissələrinin birinin xəstəxanasında baş həkim işləyib. 2003-cü ildə vəfat edib. Anası Rühəngiz Qasımova tibb elmləri namizədidir. Uzun illər Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müəllimi olub. Hazırda özəl klinikalardan birində çalışır…

Doğma vətəni çox sevir. Azərbaycan naminə bir sıra işlər də görüb. Texas ştatının müxtəlif qəzet və jurnallarında Qarabağ həqiqətləri ilə bağlı məqalələrlə çıxış edir. Vaxtaşırı Dallas məktəblərinə gedib yuxarı sinif şagirdlərinə Azərbaycan haqqında mühazirələr oxuyur. Bundan əlavə Dallasda yaşayan soydaşlarımızla bir araya gəlib, milli və rəsmi bayramlarımızı birlikdə qeyd edirlər…

Deyir ki,- "Mən istəyirəm ki, terrorçu təşkilatlar sıradan çıxsın, heç bir yerdə təxribat törədilməsin. Müharibələrə son qoyulsun. İnsanlar öz aralarında döyüşməkdənsə yaşadıqları yer kürəsini, kosmosu tədqiq etsinlər. Adamlar bir-birinə hörmətlə, sevgi ilə yanaşmağı bacarsınlar. Bir sözlə, hər yerdə əmin-amanlıq hökm sürsün"…

…İki övladı var. Qızı Əminə xanım anası çalışdığı universitetin tələbəsidir. Oğlu İlyas isə bu il orta məktəbi bitirəcək…

Təmkinli, çox danışmağı sevməyən xanımdır. Dərin təfəkkürü, zəkası ilə hadisələrə düzgün qiymət verməyi bacarır. Yüksək intelekti onun hərtərəfli inkişaf etməsinə səbəb olub. Rəsm çəkməyi xoşlayır. Əvvəllər karandaş, akvarel, quaşla çəksə də, son vaxtlar kətan üzərində yağlı boya ilə işləməyə daha çox üstünlük verir. İdmanın tennis növü ilə mütəmadi məşğul olur. Mütaliə etməkdən yorulmur. Arzuları çoxdur. Ən böyük arzusu isə övladlarına yüksək təhsil vermək, onları xoşbəxt görməkdir. 


Bir sözlə, bu azərbaycanlı alim xanımın ABŞ kimi nəhəng ölkədə qazandığı uğurlar ehtiram və alqışa layiqdir...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03 Bakıda restoranda kütləvi dava: yaralılar var 20 İyul 2019, 23:46 Qaz stansiyasındakı partlayışda 12 nəfər öldü 20 İyul 2019, 23:31 İstanbulda yaxta belə alovlandı - VİDEO 20 İyul 2019, 23:14 Tovuzda dönərdən zəhərlənmə 20 İyul 2019, 22:55 18 “Taliban”  döyüşçüsü öldürüldü 20 İyul 2019, 22:37 551 şahmatçının yarışı yekunlaşır 20 İyul 2019, 22:21 6 ayda 146 nəfər itkin düşdü 20 İyul 2019, 22:02 Qəzaya uğrayan təyyarə mağazaya çırpıldı 20 İyul 2019, 21:39 İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 2 273 namizəd məktəb direktorluğuna iddialıdır 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28