Modern.az

Tural Abbaslı İsgəndər Həmidovun cəzalandırılmasını istəmir

Tural Abbaslı İsgəndər Həmidovun cəzalandırılmasını istəmir

3 Aprel 2019, 12:32

Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının(AXH) növbəti iclası keçirilib. Canlı yayımda keçirilən iclasda Sabiq daxili işlər naziri İsgəndər Həmidovla AĞ Partiyasının sədri Tural Abbaslı arasında qalmaqal yaşanıb. Tural Abbaslının çıxışlarından sonra İsgəndər Həmidov onun AXH idarə heyətindən uzaqlaşdırılmasını təklif edib. Ancaq sabiq nazirin təklifi qəbul olunmayıb.

Bundan sonra tərəflər arasında qalmaqal yaşanıb. İsgəndər Həmidovla Tural Abbaslı əlbəyaxa dava həddinə çatıblar.

Bəs görəsən Tural Abbaslı İsgəndər Həmidovun AXH idarə heyətindən uzaqlaşdırılması ilə bağlı məsələ qaldırılacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Tural Abbaslı deyib ki, baş verənlər qalmaqal yox, siyasi diskussiya idi.

“Azərbaycan Xalq Hərəkatının iclsasları canlı efirdə gedirdi deyə bu siyasi diskussiya cəmiyyətdə səs-küyə səbəb oldu. İsgəndər bəy Həmidov bizim haqqımızda hansısa fikirlər səsləndirdi və bizim idarə heyətindən çıxarılmağımızı təklif etdi. Təbii ki, əsassız idi deyə qəbul olunmadı. Bu proses müzakirə olunarkən kənardan müzakirələr oldu, idarə heyətinin üzvləri emosianal davrandı. Amma məsələ həll oldu. Mən İsgəndər Həmidovun AXH-dən kənarlaşdırılması və ya onun cəzalandırılması ilə bağlı hansısa bir məsələ qaldırmaq fikrində deyiləm. Mənim üçün əsas şəxslər yox, prosesin özüdür. Biz bir-birimizlə yox, birləşib mübarizə aparmalıyıq”.

T.Abbaslı bildirib ki, bu baxımdan həmin məsələ oradaca qapandı.

“Yaxınlarda Azərbaycan Xalq Hərəkatının növbədən kənar iclası olacaq. Həmin iclas qapalı keçiriləcək, ancaq idarə heyətinin üzvləri iştirak edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər