Modern.az

“Binəli Yıldırımın gözəl təbiəti var” – Deputat Aqil Abbas

“Binəli Yıldırımın gözəl təbiəti var” – Deputat Aqil Abbas

Aktual

3 Aprel 2019, 13:58

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirildi.  Ümumilikdə seçkilərdə Ədalət və İnkişaf Partiyası(AKP) üstünlük qazansa da, Cümhuriyyət Xalq Partiyasının (CHP) əsas böyükşəhərlərdə qələbə qazanması müzakirərə səbəb oldu. Sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də AKP-nin İstanbulda qələbə qazana bilməməsidir.  Bu uğursuzluğun səbəbi kimi  Binəli Yıdırımın AKP və Milliyətçi Hərəkat Partiyasının birliyi olan Cumhur İttifaqı tərəfindən namizəd olması göstərilir. Bəs görəsən bu həqiqətəndə belədirmi? AKP-nin İstanbulda məğlub olması Binəli Yıldırımla əlaqəlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas deyib ki, Hakim Ədalət və İnkişaf Partiyası  İstanbul bələdiyyə sədrliyi üçün Binəli Yıldırımı namizəd göstərməklə doğru addım atdı.

 

“Binəli Yıldırım Türkiyədə böyük hörmət qazanmış, işlədiyi bütün sahələrdə özünü doğrultmuş  bir insandır, həm də onun gözəl təbiəti var, yaxşı zarafatları var, insanlarla danışıq qabiliyyəti yüksəkdir, həddindən artıq səmimi bir insandır. Seçkilərdə AKP-nin ən güclü namizədlərindən biri Binəli Yıldırım idi. Seçkilərdə CHP namizədi Ekrem İmamoğlu üstünlük qazanıbsa bu normaldır, demokratik seçkilər keçirilib. Görünür insanlar dəyişiklik istəyir. Uzun müddət İstanbulu AKP idarə edib. Adətən su çox qalanda iylənir, ona görə yəqin müəyyən narazılıqlar olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da deyirdi ki, İstanbulla bağlı müəyyən yanlışlıqları  olub”.

 

Deputat deyib ki, AKP, CHP, MHP, İYİ Partiya və başqa partiyaların qazanması ilə fikirlərini qəbul etmir.

 

“Burada bir udan var, oda  Türkiyə xalqı. Ümumilikdə götürdükdə isə AKP təkbaşına 41 faiz səs toplaya bilib, səsləri aşağı düşməyib. Binəli Yıldırım AKP-nin İstanbul üçün ən güclü namizədi idi. Mən Binəli Yıldırım azarkeşi deyiləm, amma ədalətli danışmaq lazımdır. Türkiyə bizim qardaş ölkəmiz olsa da, işlərinə qarışmaq düzgün deyil. Ancaq mənim Türkiyədə əsas dəstəklədiyim bir partiya var, o da Milliyətçi Hərəkat Partiyasıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır